Əhali pərişan halda: “21 ildir marşrut görməmişəm” – VİDEO
Sumqayıt şəhəri, 76-cı məhəllədə yaşayan sakinlər ərazidə marşrut xəttinin və istirahət parkının olmamasından şikayətlənirlər.
Vətəndaşlar bildirirlər ki, hər gün avtobusa minmək üçün 4 kilometrə yaxın yol qət etmək məcburiyyətində qalırlar.
“Yaşadığımız ərazidə 100-200-ə yaxın ev olsa da, marşrut xəttimiz yoxdur. Əhalinin çox hissəsi yaşlı adamlardır və uzaq məsafəni qət edə bilmirlər. Dincəlmək üçün oturmağa bir yerimiz belə yoxdur. Hər yerə piyada gedib-gəlirik. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsək də, şikayətimizə baxan yoxdur”, – sakinlərdən biri söyləyib.
Məsələ ilə bağlı narazılığını bildirən digər bir sakin isə xərclərin çoxluğundan və tələbələrin çəkdiyi əziyyətdən danışıb:
“Hər gün buradan nə qədər şagird və tələbə dərsə piyada getmək məcburiyyətində qalır. Maddi imkanı olanlar taksi tutur, bizim kimi imkanı olmayanlar isə piyada gedirlər. Xəstə adamlarıq, niyə 50 qəpiklik yola 5 manat verməliyik?!”.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda Ümummilli lider Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümü qeyd olunub
Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümünə həsr olunmuş tədbir...
Səbuhi Məmmədov və Arzu Musayeva həbs olundu – 300 nəfərdən çox zərərçəkən var
Son aylarda ölkənin virtual məkanında “*Ponzi*” sxemi əsasında fəaliyyət göstərən “*Any Unboxing*” adlı onlayn maliyyə dələduzluq piramidası vasitəsilə vətəndaşların pul...
Çəyirtkə sürüsü Abşeron yarımadasını niyə basıb? – FOTO – VİDEO
Abşeron yarımadası ərazisində yayılan çəyirtkə Misir çəyirtkəsinə bənzəyir". Cənubtv.Az Oxu.Az-a istinadən bildiri ki, Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ əməkdaşı biologiya...
Tbilisi–Bakı qatarına alınan biletlərin statusunun “etibarsız” görünməsinin SƏBƏBİ
Tbilisi-Bakı istiqamətində qatar bileti alan bəzi sərnişinlər Azərbaycan Dəmir Yollarının (ADY) onlayn bilet sistemində problemlə üzləşdiklərini bildirirlər. Bu barədə Cənubtv.Az...
“Yeddi daş”dan sosial şəbəkəyə yuvarlanan uşaqlıq
Samir İsayev yazır... Parlament sosial şəbəkədə yaş məhdudiyyətinin tətbiqi ilə bağlı qanun layihəsini üçüncü oxunuşda qəbul etdi. Vətəndaşların əksəriyyəti bu...
Average Rating