Əks zolağa çıxan sərnişin avtobusu qəza vəziyyəti yaratdı – ANBAAN VİDEO
Bakıda sərnişin avtobusunun sürücüsü təhlükəli ötmə əməliyyatı etməklə digər hərəkət iştirakçılarının həyatını riskə atıb.
Cənubtv.az Oxu.Az-a istinadən xəbər verir ki, qaynar xəttinə müraciət edən sürücünün sözlərinə görə, hadisə Zığ şosesində qeydə alınıb.
Bildirilib ki, 103 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü qarşısında olan avtobusu ötmək üçün əks hərəkət zolağına çıxıb. Bu zaman qarşı istiqamətdən avtomobillərin gəlməsinə baxmayaraq təhlükəli manevrini davam etdirib.
“Maşında ailəmlə birlikdə idim. Qəzadan son anda yayına bildim. Bu cür məsuliyyətsiz sürücülərə qarşı tədbir görülməlidir”, – deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, videogörüntü ilə bağlı araşdırma aparılır, sürücü müəyyən edilərək barəsində qanuna müvafiq tədbir görüləcək.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
Bakıda kişi arvadını ayağından bıçaqlayıb. Cenubtv.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Lütfi Zadə küçəsində qeydə alınıb. 32...
Tovuzda üzərinə benzin tökülərək yandırılan qadın öldü: Oğlu saxlanıldı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə...
“Başını kəsmişdi, saçları üzünə tökülmüşdü” – Şəhanənin qətlə yetirildiyi evdən görüntülər
Cenubtv.Az "Azad Azərbaycan" (ATV) telekanalına istinadən xəbər verir ki, hadisə ötən axşam qəsəbədə yerləşən fərdi yaşayış evlərindən birində baş verib....
Bərdədə tanışı tərəfindən qətlə yetirilən Elnur Rüstəmovun fotoları – Video
Bərdə rayonunun Mollaəhmədli kəndində Elnur Rüstəmovun 30 yaşlı tanışı Cavad Hüseynov tərəfindən öldürüldüyü ehtimal edilir. Cenubtv.Az xəbər verir ki, qətlə...
Bakıda 27 yaşlı kişinin meyiti tapıldı
Bakıda 27 yaşlı kişinin meyiti tapılıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda baş verib. Hacıqabul rayon...
Bakı-Quba yolunda qəza: Ölən var
Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün yolun 16-cı kilometrliyində...
Average Rating