Dübəndidə dəniz sahilinin neftlə çirklənməsinin SƏBƏBİ AÇIQLANIB – RƏSMİ – VİDEO
İyunun 19-da “Azneft” İB-nin mərkəzi aparatının aidiyyəti xidmətlərinə Dübəndi çimərliyi ərazisində neftlə çirklənmə izlərinin müşahidə olunması barədə məlumat daxil olub.
Cənubtv.Az xəbər verir ki, bu barədə “Azneft” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Pirallahı adası ilə Dübəndi arasındakı akvatoriyada gəmilər və helikopter vasitəsilə aparılan ilkin baxış zamanı neft ləkəsi aşkar edilib:
“Hadisənin ilkin mərhələsində neftin aktiv çıxış nöqtəsi vizual olaraq müşahidə olunmadığından mümkün çirklənmə mənbələrinin bir neçə variantı nəzərdən keçirilib. Aparılmış nəzarətli diaqnostik yoxlama nəticəsində çirklənmə mənbəyinin “Azneft” İB-yə məxsus sualtı neft kəmərlərindən biri olduğu müəyyən edilib. Sızma mənbəyi müəyyənləşdirildikdən dərhal sonra həmin sualtı kəmər üzrə neftin nəqli dayandırılıb. “Azneft” İB tərəfindən insidentin idarə olunması məqsədilə operativ qərargah yaradılıb və vəziyyət nəzarətə götürülüb.



“Azneft” İB-nin dalğıc xidməti tərəfindən aparılmış diaqnostik tədbirlər nəticəsində sualtı neft kəmərində mexaniki xarakterli zədələnmələr aşkar edilib. İlkin qiymətləndirməyə əsasən, bu zədələnmələrin xarici predmetlə, ehtimal ki, lövbərlə təmas nəticəsində yarandığı müəyyən edilib.
Zədələnmə aşkar edildikdən dərhal sonra təmir-bərpa işlərinə başlanılıb. Bu işlər başa çatana qədər zədələnmiş kəmər istismardan kənar saxlanılır ki, bu da dənizə neft sızmasının davam etməsinin qarşısını alır.
İnsidentin nəticələrinin aradan qaldırılması, o cümlədən dənizin və sahilyanı ərazilərin təmizlənməsi işləri Fövqəladə Hallar Nazirliyi və “Azneft” İB tərəfindən sıx koordinasiyalı şəraitində həyata keçirilir”.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Qayınata gəlininin qətlində təqsirləndirilir
Bakıda gəlinini qətlə yetirməkdə təqsirləndirilən Adıgözəl Məmmədovun cinayət işinin məhkəməsi başlayıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər...
Ağdamda toyda dava: Xəsarət alan var
Ağdam rayonunda toyda dava düşüb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Evoğlu kəndində baş verib. Rayonun Əfətli kənd...
“Roşka”nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək
Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanzadənin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin...
Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi
Qusarda qaynını balta ilə öldürməkdə, həyat yoldaşını isə öldürməyə cəhddə təqsirləndirilən 68 yaşlı Vəkil Əlibəyovun Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmündən...
Sinifdə elektron siqaret çəkən uşaqlar BU MƏKTƏBDƏ oxuyurmuşlar: Təhsil idarəsindən açıqlama – FOTO – VİDEO
"264 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdlərindən bir neçəsinin sinif otağında uyğun olmayan davranışları ilə bağlı araşdırma aparılır"....
Cəlilabad rayonunda Kövüzbulaq kənd tam orta ümumtəhsil məktəbinin yeni binasının açılışı olub
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini İlham Cavadov, Lənkəran-Astara Regional Təhsil idarəsinin müdiri...
Average Rating