Trampdan İrana sərt XƏBƏRDARLIQ: “60 gün ərzində razılaşmasaq, yenidən bombalayacağıq”
“Memorandumda qeyd olunan yekun razılaşma 60 gün ərzində əldə olunmasa, ABŞ İrana qarşı hərbi əməliyyatlara yenidən başlayacaq”.
Cənubtv.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Fransanın Evian şəhərində keçirilən mətbuat konfransında bildirib.
“Razılaşma tam istədiyimiz kimi oldu. İranla razılığa gələ bilməsəydik, onları daha iki il bombalaya bilərdik. Əgər 60 gün ərzində razılıq əldə olunmasa, yenidən bombardmana başlayacağıq”, – deyə Tramp qeyd edib.
Anlaşma memorandumunun bir nüsxəsini İsrailə də göndərdiklərini bildirən ABŞ prezidenti vurğulayıb: “Netanyahu bəzən bir az həddindən artıq həyəcanlanır, lakin o, yaxşı tərəfdaşdır. İsrail “Hizbullah” məsələsində daha yaxşı nəticə göstərə bilərdi”.
Tramp İranla əldə olunan anlaşma memorandumunun yekun razılaşma olmadığını qeyd edərək xəbərdarlıq edib: “Əgər gedişatdan məmnun qalmasam, hərbi əməliyyatları yenidən bərpa edəcəyik”.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
“Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır” – Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda...
Heyvanlara işgəncə verənləri hansı cəza gözləyir? – Foto
Hər il oktyabrın 4-ü bütün dünyada Ümumdünya Heyvanların Mühafizəsi Günü kimi qeyd olunur. Lakin həmin gün heyvana qarşı amansızlıq faktı...
Doğulan və ölənlərin sayı açıqlandı
2026-ci ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 48 954 doğulan körpə qeydə alınıb. Bu barədə Dövlət...
Erməni siyasətçi: “Əgər Əliyev tələb etsə, Nikol bu əsgəri şəxsən Bakıya qədər müşayiət edəcək”
"Əgər İlham Əliyev tələb edərsə, Nikol bu əsgəri şəxsən özü qaçaraq Bakıya qədər müşayiət edəcək". Cenubtv.Az-ın Ermənistanın "Hraparak" nəşrinə istinadən xəbərinə görə,...
Average Rating