Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: “Nasaz maşını niyə sürürsən axı?!” – VİDEO
Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 17 yaşlı Zəhra Mehdizadənin idarə etdiyi motosiklet yol kənarında nasaz vəziyyətdə dayanmış “Mercedes” markalı avtomobilə çırpılıb.
Cənubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Zəhra Mehdizadə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Zəhra Mehdizadə tanınmış hüquqşünas Fərhad Mehdiyevin qızıdır.
Mərhumun atası hadisə ilə bağlı jurnalistlərə açıqlama verib.
“Mən o videoya baxdım. Orada motosiklet yox, adi avtomobil olsaydı, bəlkə də, ölüm olmazdı. Amma yenə də qəza baş verə bilərdi. Çünki sağ tərəfdən də avtomobillər hərəkət edirdi. Sağa yönəlsəydi, sağdakı maşınlar vura bilərdi. Yolun sol tərəfində dayanmaq olduqca təhlükəlidir. Nasaz maşını niyə sürürsən axı?! Sürət yolunu bağlamaq olmaz. Kimsə orada bədbəxt hadisə ilə üzləşəcəkdi, bu da mənim qızımın başına gəldi”, – Fərhad Mehdiyev deyib.
Faktla bağlı araşdırma aparılır.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
Previous post
Trampdan İrana sərt XƏBƏRDARLIQ: “60 gün ərzində razılaşmasaq, yenidən bombalayacağıq”
More Stories
Bakıda avtobus ağaca çırpıldı: 10-dan çox yaralı var – VİDEO
Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində marşrut avtobusu ağır qəza törədib. Cənubtv.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, 113 nömrəli müntəzəm marşrut...
Sabunçuda ağır QƏZA: Ölən və yaralanan var
Bakının Sabunçu rayonunda ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cənubtv.Az "Report"a istinadən xəbər verir ki, hərəkətdə olan "Toyota" markalı...
Bakıda oğurluğa görə işdən qovulan sürücü mağazanı yandırdı
Bakıda işdən çıxarılan sürücü işlədiyi mağazanı yandırıb. Cənubtv.Az Oxu.Az-a istinadən bildirir ki, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsində...
Kiyevə hücum nəticəsində ÖLƏNLƏRİN SAYI ARTDI
Rusiyanın Kiyevə endirdiyi genişmiqyaslı zərbələr nəticəsində həlak olanların sayı artaraq 20-yə çatıb. Cənubtv.Az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi...
ABŞ-də faciə: Atasının maşında unutduğu uşaq istidən ölüb
ABŞ-nin Florida ştatında günəş altında park edilmiş avtomobildə uşağın cəsədi tapılıb. Uşağın atası onu uşaq bağçasına apararkən səhvən maşında unudub....
Biləcəridə yanğın baş verib
Bakı şəhərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsində yanğın baş verib. Cənubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 15:00-da baş...
Average Rating