“UFC Fight Night Baku” döyüşçüləri üz-üzə gəldilər, Fiziyev TƏƏCCÜBLƏNDİRDİ – VİDEO
“UFC Fight Night Baku”da təntənəli çəkiölçmə və üz-üzə gəlmələr baş tutub.
Cənubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan tədbirdə bütün idmançılar üz-üzə gəliblər.
Təntənəli çəkiölçmə UFC turnirlərinin ayrılmaz hissəsi olmaqla yanaşı, döyüş həftəsinin ən emosional anlarından biri hesab olunur. Məhz burada döyüşçülər oktaqona çıxmazdan əvvəl son dəfə üz-üzə gəlir, baxışları və son sözləri ilə döyüşün gərginliyini daha da artırırlar.
Tədbirdə maraqlı anlardan biri də azərbaycanlı Rafael Fiziyevin tərəfdarlarına ana dilində səslənməsi olub. Onun: “Sabah qələbə qazanacağam!” – sözləri azarkeşlərini coşdurub.
Xatırladaq ki, bu il “UFC Fight Night” iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə azərbaycanlı təmsilçi Rafael Fiziyev yüngül çəki dərəcəsində Manuel Torreslə üz-üzə gələcək. İkinci əsas döyüşdə isə orta çəki dərəcəsində Şarabutdin “Shara Bullet” Maqomedov Mişel Pereyra ilə qarşılaşacaq.
Turnir çərçivəsində azərbaycanlı döyüşçülər Tahir Abdullayev, Nazim Sadıxov və Fərman Həsənov da oktaqona çıxacaqlar. Onlar müvafiq olaraq braziliyalı Ceferson Nasimento, braziliyalı Mateus Kamilo və ABŞ-li Erik Nolanla döyüşəcəklər.

![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
“Qalatasaray”dan yeni transfer: Rəsmən təsdiqlədi – FOTO
Türkiyənin nəhəng futbol klubu olan "Qalatasaray"ın prezidenti Dursun Özbək Moskvanın "Lokomotiv" komandasının yarımmüdafiəçisi Aleksey Batrakovun transferini rəsmən təsdiqləyib. Cenubtv.Az xəbər...
Cəlilabad karateçilərindən Biləsuvardakı turnirdə böyük uğur!
09 avqust 2026-cı il tarixində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş karatenin Qocyu-ryu növü üzrə uşaq və yeniyetmələr arasında...
FIFA-ya qadın rəhbərlik edəcək? – Blatter namizədini açıqladı – FOTO
Beynəlxalq Futbol Federasiyasının (FIFA) keçmiş prezidenti Yozef Blatter qurumun rəhbəri postuna - Canni İnfantinonun yerinə Norveç nümayəndəsi Liza Klavenessin namizədliyini...
Yayın ən bahalı transferləri açıqlandı: Rəqəmlər heyrətləndirdi – FOTO
Qollar vurulmur, xallar hesablanmır, turnir cədvəlləri dəyişmir, kuboklar uğrunda mübarizə getmir. Amma futbol dünyasında elə bir dövr var ki, bəzən...
Azərbaycanlı güləşçi dünya çempionatında gümüş medal qazandı – FOTO
Bakıda keçirilən güləş üzrə U17 dünya çempionatında 51 kq çəki dərəcəsində mübarizə aparan İbrahim Həsənov final görüşünə çıxıb. Oxu.Az-ın məlumatına...
Tofiq Musayev UFC-də növbəti qələbəsini qazanıb – VİDEO
Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev növbəti dəfə UFC oktaqonuna çıxıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, 36 yaşlı idmançı Serbiyanın paytaxtı...
Average Rating