Tramp ABŞ və İran arasında sazişin imzalanmasından DANIŞDI
ABŞ Prezidenti Donald Tramp İranla sazişin imzalandığını, Hörmüz boğazının artıq gəmiçilik üçün qismən açıldığını, iyunun 19-da isə tamamilə açılacağını bəyan edib.
Cənubtv.az RBC-ya istinadən xəbər verir ki, Tramp bu barədə G7 sammiti üçün getdiyi İsveçrədə bildirib.
“Saziş tam imzalanıb. Hörmüz boğazı artıq qismən açıqdır. Gəmilər artıq hərəkətə başlamaqdadır. Cümə günü o, tamamilə açılacaq. Biz İranla çox yaxşı anlaşdıq”, – deyə Tramp bildirib.
Vaşinqton və Tehran arasında anlaşma memorandumunu elektron formada ABŞ Prezidenti Donald Tramp, vitse-prezident Cey. Di. Vens və İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf imzalayıblar.
Bu barədə isə CNN və “Axios”un jurnalisti Barak Ravid amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Sonradan Tramp Fransa Prezidenti Emmanuel Makronla görüşü zamanı memorandumun imzalandığını təsdiqləsə də, təfərrüatı açıqlamayıb.
Sazişin rəsmi imzalanma mərasimi iyunun 19-da Cenevrədə baş tutacaq. Tramp bildirib ki, bundan qısa müddət sonra müqavilənin şərtləri təqdim olunacaq.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Paytaxtda qadınlara qarşı əxlaqsız təkliflər edən şəxs HƏBS EDİLDİ – VİDEO
Bakıda ictimai nəqliyyatda qadınlara qarşı əxlaqsız hərəkətlər edən şəxs həbs edilib. Oxu.Az-ın məlumatına görə, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb....
Hərbi xidmətdə xəsarət alan iki uşaq atası: “Valideynləri həyat yoldaşımı apardılar” – VİDEO
iləsuvar rayon sakini 30 yaşlı Fuad Şahbazlı aidiyyəti qurumlardan kömək istəyir. Baku TV-nin qaynar xəttinə müraciət edən şikayətçinin sözlərinə görə,...
İlham Əliyev və Rob Yetten arasında telefon danışığı olub – FOTO
Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın Baş naziri Rob Yetten ilə telefon danışığı aparıb. Oxu.Az xəbər verir ki, bu barədə İlham Əliyev "X" sosial...
Prokurorluq Baş Gömrük İdarəsində niyə əməliyyat keçirdi? – DETALLAR
Baş Prokurorluğun İstintaq İdarəsinin Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın detalları məlum olub. Cənubtv.Az "Qafqazinfo"ya istinadən xəbər verir...
Azərbaycanda vəzifəli şəxs cərimələndi
"Mərkəzi Nəbatat Bağı" Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov cərimələnib. Cənubtv.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Əmək və...
ABŞ və İran arasında kritik görüşün yeri bəlli oldu
Daha əvvəl anonsu verilən razılaşmaların imzalanması məqsədilə ABŞ və İran nümayəndələrinin görüşü İsveçrənin Bürgenştok bölgəsində keçiriləcək. Cənubtv.az xəbər verir ki,...
Average Rating