Savaşın taleyini dəyişən Cəbrayıl əməliyyatı – Düşmən necə darmadağın edildi?
Bu gün Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı ilk böyük qələbədən – Cəbrayılın işğaldan azad edilməsindən 5 il keçir.
Baku TV-nin “Qarabağ xronikası” verilişinin yeni buraxılışında Cəbrayıl əməliyyatının detalları diqqətə çatdırılıb.
Bildirilib ki, 1993-cü ildə işğal edilən Cəbrayıl 27 il sonra, 2020-ci ilin 4 oktyabrında qəhrəman Azərbaycan əsgərinin gücü ilə azad olundu. Bu qələbə müharibənin gedişatını dəyişdi, qələbəyə aparan yolun başlanğıcını qoydu.
Qeyd edilib ki, Cəbrayıl əməliyyatı zamanı Azərbaycan Ordusu Nüzgar, Böyük Mərcanlı və Quycaq istiqamətlərində ardıcıl uğurlar qazandı, düşmənin müdafiə xəttini yardı və şəhərə daxil olaraq Azərbaycan bayrağını Cəbrayıl üzərində dalğalandırdı.
O da vurğulanıb ki, bu gün artıq Cəbrayıl yenidən qurulur – yeni evlər, məktəblər, sosial obyektlər və yollar inşa olunur, sakinlər doğma yurdlarına qayıdırlar.

![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
İlmedmedikal Klinikasının kollektivi Şəhidlər Xiyabanını və abidə Kompleksini ziyarət edib
https://youtu.be/DAWEdt4V1_w
Azərbaycanda general vəfat etdi – FOTO
Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzovun vəfatı ilə bağlı başağlığı verib. Cenubtv.Az xəbər verir ki, bu barədə nazirlikdən...
Dövlətçiliyimizə və Vətənimizə Sədaqət Nümunəs.
Müasir dövlətçilik tariximizin parlaq səhifələrində, ölkəmizin tərəqqisinə, idarəetmə sisteminin təkmilləşdirilməsinə və Möhtərəm Prezidentimizin müəyyən etdiyi strateji hədəflərin uğurla gerçəkləşməsinə məsuliyyətlə,...
Average Rating