Azərbaycanda 4 yaşlı qıza iynə vurub öldürən sabiq baş həkimə HÖKM OXUNDU
İmişlidə 4 yaşlı qıza iynə vuraraq onun ölümünə səbəb olan həkim barəsində məhkəmə hökmü elan edilib.
Cenubtv.az Lent.az-a istinadla xəbər verir ki, İmişli Rayon Məhkəməsində hakim Lətafət Ağakişiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs – Qaradonlu Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri, 68 yaşlı Ümidəli Həsənov (soyad şərtidir) barəsində hökm oxunub.
Məhkəmənin qərarına əsasən, Ümidəli Həsənov 2 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, ona 2 il müddətinə dövlət və özəl tibb müəssisələrində məsul və rəhbər vəzifə tutmaq qadağan olunub.
Qeyd edək ki, hadisə bu ilin martın 2-də, İmişli rayonunun Yalavac kəndində baş verib. Hərarəti yüksələn 4 yaşlı Nurgül Qarayevaya kənd tibb məntəqəsində heç bir allergik sınaq aparılmadan “Seftriakson” antibiotik iynəsi vurulub. Vurulan iynədən sonra uşaq anafilaktik şoka düşərək bir neçə dəqiqə ərzində həyatını itirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.
Xatırladaq ki, Ümidəli Həsənov 2012-2022-ci illərdə İmişli Rayon Mərkəzi Xəstəxanasının Qaradonlu kənd xəstəxanasında baş həkim vəzifəsində çalışıb.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Maştağada 62 yaşlı kişi faciəli şəkildə öldü
Bakıda 62 yaşlı kişini elektrik cərəyanı vurub öldürüb. Cənubtv.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə iyunun 16-sı saat 17 radələrində...
Azərbaycanda tanınmış vəkilin qızının faciəli ölümünün ANBAAN VİDEOSU
Azərbaycanda tanınmış vəkil Fərhad Mehdiyevin 17 yaşlı qızı Zəhra Mehdizadənin öldüyü qəzanın anbaan görüntüləri yayılıb. Cənubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki,...
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: “Nasaz maşını niyə sürürsən axı?!” – VİDEO
Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 17 yaşlı Zəhra Mehdizadənin idarə etdiyi motosiklet yol kənarında nasaz vəziyyətdə dayanmış "Mercedes" markalı avtomobilə...
Paytaxtda qadınlara qarşı əxlaqsız təkliflər edən şəxs HƏBS EDİLDİ – VİDEO
Bakıda ictimai nəqliyyatda qadınlara qarşı əxlaqsız hərəkətlər edən şəxs həbs edilib. Oxu.Az-ın məlumatına görə, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb....
Ağstafada faciə: Evin zirzəmisində yanmış meyit tapıldı – VİDEO
Ağstafa rayonunda yanmış meyit tapılıb. Hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb. 51 yaşlı kənd sakini Elman Əliyevin meyiti yaşadığı...
Ucarda 62 yaşlı kişi küçədə öldü
Ucarda kafeyə gedən kişi küçədə ölüb. Cənubtv.az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 20 yanvar küçəsində baş verib. Qəflətən...
Average Rating