Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar
Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar.
Report-a istinadən Cenubtv.az xəbər verir ki, bu barədə Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, barəsində inzibati icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin razılığı olmadan inzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin, yaxud səsyazma materiallarının media subyektinə təqdim olunması da məcəllənin 376-cı maddəsinə əsasən, inzibati məsuliyyətə səbəb olacaq.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 376-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkiliş, yaxud səsyazma aparılıbsa, barəsində inzibati icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin razılığı olmadan həmin foto və ya videoçəkiliş, yaxud səsyazma materiallarının mediada yayımlanmasına görə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə cərimə edilirlər.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Bu rayonlarda ağaclar kəsildi: 133 minlik ziyan dəydi…
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı və Sumqayıt şəhərləri, Abşeron, Qax...
Ən çox əhalisi olan 10 rayonu – SİYAHI
Dövlət Statistika Komitəsi məlumatına görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 4276 nəfər və ya 0,04 faiz artaraq 2026-cı il mart...
Cənubi Qafqazda real sülh mövcuddur, Azərbaycan səylərini davam etdirəcək
"Qafqazda sülh şəraitində yaşamağı öyrənirik". cenubtv.az APA -ya istinadən xəbər verir ki, APA-nın Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki,...
Cəlilabadda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib
https://www.youtube.com/watch?v=G1I3rktm28o&feature=youtu.be
Cəlilabadda Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib
https://www.youtube.com/watch?v=EYoAzMIIvbc
Cəlilabadda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
https://www.youtube.com/watch?v=0jdTWi3UW6g
Average Rating