20 min manat borca görə qəssab həbs edildi
Abşeron rayonunda xeyli miqdarda borcunu ödəməkdən boyun qaçıran qəssab həbs edilib.
Qafqazinfo-a istinadən Cenubtv.az xəbər verir ki, bir müddət əvvəl Mehdiabad qəsəbəsində yerləşən “Daşkəsən” ət məhsulları mağazasını işlədən 1974-cü il təvəllüdlü Nazim Əliyev (şərti ad) barəsində hüquq-mühafizə orqanlarına şikayət daxil olub.
Şikayətçi Daşkəsən rayonu ərazisində Nazimə 15 ədəd iribuynuzlu heyvan verdiyini, onun ətin satışından sonra ödəməli olduğu 20 min manata yaxın vəsaiti vermədiyini bildirib.
Bununla bağlı aparılmış araşdırmaların materialları Daşkəsən Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə Nazimin 20 min manatı qarşı tərəfə ödəməsi ilə bağlı qərar çıxarılıb. Lakin qəssab məhkəmənin qərarını icra etməkdən xeyli müddət boyun qaçırıb.
Bundan sonra onun barəsində Cinayət Məcəlləsinin 306-cı (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə cinayət işi açılıb. Cinayət işinə təqsirləndirilən şəxsin yaşadığı ərazi üzrə Abşeron Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin 15 aprel tarixli hökmü ilə təqsirləndirilən şəxsə 1 il 6 ay həbs cəzası verilib. O, məhkəmə zalındaca həbs edilib.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabad Rayon ərazisində dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi, məktəblərdə yanğın təhlükəsizliyi ilə bağlı görülmüş işlər, aparılan maarifləndirmə tədbirləri və qarşıda duran vəzifələr barədə müşavirə
Rayon ərazisində dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi, məktəblərdə yanğın təhlükəsizliyi ilə bağlı görülmüş işlər, aparılan maarifləndirmə tədbirləri və...
Moskvaya misli görünməmiş PUA hücumu – DƏHŞƏTLİ KADRLAR
Ukrayna ordusu Rusiyanın paytaxtı Moskvaya PUA-larla aramsız zərbələr endirib. Cənubtv.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey...
Rəna Məmmədovaya TƏBİB-də yüksək vəzifə verildi – FOTO
Rəna Məmmədova Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoruna müşavir təyin edilib. Bu barədə Cənubtv.az Oxu.Az-a istinadən xeber verir...
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib – FOTO – VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib. Cənubtv.Az AZƏRTAC-a...
Vətəndaşlar həyətdəki su quyularına görə pul ödəyəcəklər? – RƏSMİ AÇIQLAMA
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlərin tətbiqi ilə bağlı yayılan məlumatlardan sonra vətəndaşlar arasında bir sıra suallar yaranıb. Sözügedən...
Agentliyin departament müdiri işdən çıxdı: YÜKSƏK VƏZİFƏYƏ təyin olundu – FOTO
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin departament müdiri işdən çıxıb. Cənubtv.Az "Unikal"a istinadən xəbər verir ki, Tibbi-sosial ekspertiza xidmətinin təşkili...
Average Rating