Dövlət sərhədində əməliyyat – YARALANAN VAR
Mart ayının 31-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 2 nəfər naməlum şəxsin hərəkəti müşahidə edilib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata görə, sərhəd zastavasının şəxsi heyəti tərəfindən sərhəd pozucularının mümkün hərəkət istiqamətləri qapadılıb və ərazidə təxirəsalınmaz axtarış tədbirləri həyata keçirilib.
İrandan Azərbaycan istiqamətində hərəkət edən sərhəd pozucuları sərhəd naryadının “Dayan!” əmrinə tabe olmayıb üzərilərindəki çantanı ataraq geriyə qaçmağa cəhd göstəriblər.
Sərhəd pozucularına qarşı “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq olunub.
Hadisə nəticəsində sərhəd pozucularından biri yaralanıb, digəri relyefin mürəkkəbliyi və əlverişsiz hava şəraitindən yararlanaraq geriyə qaçıb.
Yaralı sərhəd pozucusuna sərhədçilər tərəfindən ilkin tibbi yardım göstərildikdən dərhal sonra Füzuli Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Araşdırma zamanı saxlanılan şəxsin İran vətəndaşı Ədilli Ramazan Yusif oğlu olması müəyyən edilib, xidməti ərazidən 10 kiloqram 300 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Görülmüş tədbirlər nəticəsində narkotik vasitələri götürmək məqsədilə xidməti əraziyə yaxınlaşan Beyləqan rayon Əmirzeyidli kənd sakini, 1968-ci il təvəllüdlü Atakişiyev Rasim Mustafa oğlu və Birinci Şahsevən kənd sakini, 1999-cu il təvəllüdlü Abdullayev Məhəmməd Ramil oğlu saxlanılıb.
Faktla bağlı Baş Prokurorluqla birgə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
“Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır” – Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda...
“İşə getsən, səni öldürəcəyəm” dedi, arvadını baltaladı – Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Ağdamda həyat yoldaşını baltalamaqda təqsirləndirilən Ceyhun Salahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki,...
Average Rating