Avstraliyada elmə məlum olmayan tüklü böcək aşkarlandı
Avstraliyada əvvəllər alimlərə məlum olmayan tüklü böcək tapılıb.
Böcək Avstraliyanın Kvinslend əyalətindən olan, entomologiya (həşəratları öyrənən elm) ilə məşğul olan alim Ceyms Tvid tərəfindən aşkarlanıb.
Alim böcəyə təbiətdə gəzinti zamanı rast gəlib.
Diqqətlə böcəyə baxış keçirən Ceyms Tvid qarşısında elmə məlum olmayan bir böcək olduğunu müəyyən edib.
O qeyd edib ki, böcək təxminən bir santimetr uzunluğundadır və uzun tüklərlə örtülüb.
Ceyms Tvid əvvəlcə tapdığı böcəyin fotosunu “Facebook” səhifəsində yerləşdirib, daha sonra tapıntını ölkənin bütün həşəratlarının qeydiyyatını aparan mərkəzə gətirib. Öz növbəsində, həmkarlarından da heç kim daha əvvəl oxşar böcəklə qarşılaşmadıqlarını bildiriblər.
Yekdilliklə belə qərara gəlinib ki, bu, uzunbuynuzlu böcəyin yeni bir növü olan Excastra albopilosa böcəyidir.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Vahid Mirzəyev: “Artan büdcə gəlirləri yeni layihələrə geniş imkanlar yaradır”
“Məqsədimiz seçicilərimizə layiqincə və şəffaf şəkildə xidmət göstərməkdir. Bu məqsədə çatmaq üçün daim büdcə gəlirlərinin artırılması istiqamətində düşünməli, qanunvericiliyin verdiyi...
Sabah güclü külək əsəcək – XƏBƏRDARLIQ
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Cenubtv.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib...
Azərbaycanda iyul ayı üçün hava proqnozu AÇIQLANDI
İyul ayına olan hava proqnozu açıqlanıb. Cənubtv.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyul ayında...
O ağacları kəsənlər barədə qərar verildi
Xəbər verildiyi kimi, Zaqatala rayonu ərazisində ağacların qanunsuz olaraq kəsilməsi faktı ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında...
Bu gün 19 oktyabr 2024 cü il tarixdə, Cəlilabad rayon Uzuntəpə istiqamətində, Cəlilabad rayon Kommunal Müəssisələri Kombinatı olaraq Yaşıl Dünya naminə həmrəylik ili münasibəti ilə növbəti agac əkmə aksiyası keçirilmişdir. Aksiyada kollektivin əksər heyyəti iştirak etmişdir… Aksiyanın növbəti günlərdə də davam edəcəkdir.
https://www.youtube.com/watch?v=cdVt_2feDJk
Cəlilabadda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir
https://www.youtube.com/watch?v=-uFpGiOQxmA
Average Rating