Bakıda avtobus sürücülərindən təhlükəli hərəkət: Aidiyyəti qurumlar hərəkətə keçdi – VİDEO
Bakıda sürücü marşrut avtobusunu yüksək sürətlə və qapısı açıq idarə edib. Digər bir sürücü isə içərisi sərnişinlə dolu vəziyyətdə yanacaqdoldurma məntəqəsinə daxil olub.
Xezerxeber.az-ın məlumatına görə, iddia edilir ki, qapısı açıq şəkildə idarəolunan nəqliyyat vasitəsi Bakı Beynəlxalq Avtovağzal Kompleksi – Qobu istiqamətində hərəkət edən 567 nömrəli marşrut avtobusudur. Sərnişinlərin dediyinə görə, dəfələrlə xəbərdarlıq etsələr də, sürücü buna məhəl qoymayıb. Sərnişinlərlə birgə yanacaqdoldurma məntəqəsinə daxil olan isə “20 Yanvar” – Lökbatan dairəsi istiqamətində hərəkət edən 193 saylı marşrut avtobusdur.
567 nömrəli marşrut xətti üzrə daşıyıcı şirkətin mətbuat katibi Nizam Rzayev açıqlamasında yayılmış görüntünün araşdırıldığını bildirdi.
193 saylı marşrut xəttinin məsul şəxsi isə sürücü barəsində qanunauyğun şəkildə tədbirlər görüləcəyini dedi. Onun sözlərinə görə, bununla bağlı marşrut xətti üzrə fəaliyyət göstərən digər sürücülərə də bir daha bu halın təkrarlanmaması ilə bağlı xəbərdarlıq edilib.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) isə bildirilib ki, məsələ ilə bağlı qanunamüvafiq tədbirlər həyata keçiriləcək.
Sərnişinlərlə birgə yanacaqdoldurma məntəqəsinə daxil olaraq onların həyatını təhlükəyə atan sürücü barəsində də tədbirlər görüləcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə bildirildi ki, daxil olan şikayətlərlə əlaqədar hər iki daşıyıcı şirkətə məsələni araşdırmaq və tədbirlər görmək barədə tapşırıqlar verilib.
Ətraflı süjetdə:
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
“Talassemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası keçirilib
https://youtu.be/TbQSFiNINhs
Cəlilabadda “Hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrilə xəbərdarlıq və toplanış üzrə məşqlər” keçirilmişdir
https://www.youtube.com/watch?v=WFNuzEYRsaM
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edildi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib. Cenubtv.az Milli.Az istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin qərarına əsasən,...
Cəlilabadda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə və təmizlik aksiyası keçirilib video
https://youtu.be/B83fPqajEdc
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Diaqnostika Mərkəzinin Cəlil Nəciyevin uğurları VİDEO
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Diaqnostika Mərkəzində, həkim Cəlil Nəciyevin təqdimatında kardioanqioqrafiya ürəyə girən və çıxan arteriyaların və venoz damarların kontrast...
Bu rayonlarda ağaclar kəsildi: 133 minlik ziyan dəydi…
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı və Sumqayıt şəhərləri, Abşeron, Qax...
Average Rating