Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edildi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib.
Cenubtv.az Milli.Az istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin qərarına əsasən, qurumun Qaradağ rayon idarəsinin hazırlıq şöbəsinin baş zabiti Etibar Əliyev, həmin idarənin səfərbərlik və səfərbərlik hazırlıq şöbəsinin zabiti Şamil Alıyev, Cəbrayıl rayon şöbəsinin səfərbərlik və səfərbərlik hazırlıq şöbəsinin rəis müavini Niyam Mədətsoylu və Saatlı rayon şöbəsinin zabiti Araz Kərimli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Məlumata görə, Etibar Əliyev Şamil Alıyev, Niyam Mədətsoylu və Araz Kərimli tutduqları vəzifələrdən müvəqqəti kənarlaşdırılıblar.
Etibar Əliyev və Şamil Alıyevə qarşı Cinayət Məcəlləsinin 311.3.1(Rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma, təkrar törədildikdə) və 311.3.3-cü (Rüşvət alma, külli miqdarda törədildikdə) maddələri, Niyam Mədətsoyluya 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə) maddə, Araz Kərimliyə isə 311.1-ci (Rüşvət alma) maddə ilə ittiham irəli sürülüb.
Qərara əsasən, hər dörd şəxs üzrə həbs müddətinin başlanğıcı 21 aprel 2026-cı il tarixindən hesablanır.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabad bələdiyyəsinin rəhbərliyində kadr dəyişikliyi baş tutub.
Cenubtv.az-ın əldə etdiyi məlumata görө, bələdiyyədə keçirilən iclasda qurumun sədr müavini Rafiq Rüstəmov səs çoxluğu ilə bələdiyyənin yeni sədri seçilib....
Cəlilabadda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib
Cəlilabad rayonunda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları, hüquq-mühafizə orqanlarının...
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
Average Rating