Cəlilabadda 101 yaşlı seçici Rüstəmova Həcər Ağasalah qızı seçici səs verib.
Rüstəmova Həcər Ağasalah qızı Cəlilabad rayonunun ən yaşlı sakinlərindən biridir. O, Seyidbazar kəndində yaşayır. 101 yaşlı ağbirçəyin 7 övladı, 30 nəvəsi, 58 nəticəsi var. Həmişə olduğu kimi, bu gün də bu ahıl yaşında məsuliyyətlidir. O, 71 saylı Cəlilabad şəhər seçki dairəsinin 23 saylı Seyidbazar seçki məntəqəsi üzrə qeydiyyata alınıb. Həcər nənə səhhətində olan problemə görə məntəqəyə gedə bilmədiyini, seçkidə səs verə bilmək üçün evə daşınan seçki qutusunun gətirilməsi ilə bağlı müraciət etdiyini bildirərək, konstitusion hüququndan istifadə edərək səs verib.
Sonda ona bu şəraiti yaradanlara minnətdarlığını bildirən Həcər nənə deyib: “Sağ olun ki, məni yaddan çıxarmamısınız. Arzum budur ki, yumruq tək birləşib, daim dövlətçiliyimizə sadiq olaq. Allah ölkəmizdəki bu əmin-amanlığı, sabitliyi daimi etsin”.

![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Çəyirtkə sürüsü Abşeron yarımadasını niyə basıb? – FOTO – VİDEO
Abşeron yarımadası ərazisində yayılan çəyirtkə Misir çəyirtkəsinə bənzəyir". Cənubtv.Az Oxu.Az-a istinadən bildiri ki, Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ əməkdaşı biologiya...
Tbilisi–Bakı qatarına alınan biletlərin statusunun “etibarsız” görünməsinin SƏBƏBİ
Tbilisi-Bakı istiqamətində qatar bileti alan bəzi sərnişinlər Azərbaycan Dəmir Yollarının (ADY) onlayn bilet sistemində problemlə üzləşdiklərini bildirirlər. Bu barədə Cənubtv.Az...
“Yeddi daş”dan sosial şəbəkəyə yuvarlanan uşaqlıq
Samir İsayev yazır... Parlament sosial şəbəkədə yaş məhdudiyyətinin tətbiqi ilə bağlı qanun layihəsini üçüncü oxunuşda qəbul etdi. Vətəndaşların əksəriyyəti bu...
“Minalanmış” sosial şəbəkələrə buraxdığımız ümidlər
Kubra Məhərrəmova yazır... Çox qəribə zəmanəyə gəlmişik. Əvvəllər uşaqları küçədən yığa bilmirdik, indi isə küçəyə yollaya bilmirik. Hərəsinin əlində bir...
Min “ulduz”a dəyən təbəssüm
Kubra Məhərrəmova yazır... İlk dəfə bu gülüşü Yeni il gecəsi gördüm. Sosial şəbəkələrdə paylaşılan fotoşəkildə bayram gecəsi növbədə olan polis...
Average Rating