Toy karvanında avtoxuliqanlıq edən sürücü cəzalandırıldı – FOTO/VİDEO
Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə toy karvanında avtoxuliqanlıq edən və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon sakini Qəzənfər Əmirov idarə etdiyi “Lexus” markalı avtomobil ilə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və ictimai asayişin pozulmasına yönələn hərəkətlərə yol verib. Sonradan isə həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə Q.Əmirov sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs olunub.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
“Talassemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası keçirilib
https://youtu.be/TbQSFiNINhs
Cəlilabadda “Hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrilə xəbərdarlıq və toplanış üzrə məşqlər” keçirilmişdir
https://www.youtube.com/watch?v=WFNuzEYRsaM
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edildi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib. Cenubtv.az Milli.Az istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin qərarına əsasən,...
Cəlilabadda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə və təmizlik aksiyası keçirilib video
https://youtu.be/B83fPqajEdc
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Diaqnostika Mərkəzinin Cəlil Nəciyevin uğurları VİDEO
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Diaqnostika Mərkəzində, həkim Cəlil Nəciyevin təqdimatında kardioanqioqrafiya ürəyə girən və çıxan arteriyaların və venoz damarların kontrast...
Bu rayonlarda ağaclar kəsildi: 133 minlik ziyan dəydi…
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı və Sumqayıt şəhərləri, Abşeron, Qax...
Average Rating