Gölməçədə 17 yaşlı oğlanın meyiti tapıldı
Göygöl rayonunda itkin düşən şəxsin meyiti tapılıb.
“Report”un Qərb bürosunun məlumatına görə, Göygöl rayon sakini, 2005-ci il təvəllüdlü Zaur İsmayılov iyunun 22-də itkin düşüb.
Yaxınları onun dağlıq ərazidə mal-qara otaran zaman itkin düşdüyünü bildirib və Göygöl Rayon Polis Şöbəsinə ərizə ilə müraciət ediblər.
Şəxsin tapılması üçün Polis Şöbəsinin əməkdaşları onun itkin düşdüyü əraziyə cəlb olunub və axtarışlara başlanılıb.
Gəncin mal-qara otardığı ərazinin yaxınlığında təbii və lilli gölməçələr olduğundan, onun ora düşərək batdığı ehtimalı nəzərə alınaraq Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Şəmkir” dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri də axtarışlara cəlb olunub. Aparılan axtarışlardan sonra onun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn tədbirlərin icrası ilə bağlı yaradılmış qərargahın iclası keçirilmişdir
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının...
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Zəhmətabad–Soltankənd avtomobil yolunda aparılan əsaslı təmir işlərinin gedişi ilə yerində tanış olub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Cəlilabad rayonunda yol infrastrukturunun...
“Peşə fədakarlarının bir günü”: Təcili tibbi yardım əməkdaşlarının iş prosesi – VİDEO
AZƏRTAC "Peşə fədakarlarının bir günü" layihəsinə start verib. Layihənin ilk buraxılışı təcili tibbi yardım əməkdaşlarının gündəlik fəaliyyətinə həsr olunub. Bu...
Əhmədli qəbiristanlığında ağac məzarların üzərinə aşıb – Qurumdan RƏSMİ AÇIQLAMA
Bakının Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən qəbiristanlıqda ağacın məzarların üzərinə aşması ilə bağlı yayılan görüntülərə rəsmi münasibət bildirilib. Cenubtv.Az Oxu.Az-a...
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində çıxışlar başa çatıb – VİDEO – FOTO
İyulun 28-də Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən...
Fransa hərbi gəmisi göyərtəsində britaniyalı siyasətçinin olduğu gəmiyə xəbərdarlıq atəşi açıb
Böyük Britaniyada müxalifətdə olan Mühafizəkarlar Partiyasının kölgə daxili işlər naziri Kris Filp bildirib ki, Fransa Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi...
Average Rating