Bakıda su təchizatı dayandırılan binaların sakinlərinə “Azərsu” ASC-dən CAVAB

Read Time:1 Minute, 15 Second

“Yeni tikilmiş çoxmənzilli yaşayış binalarının bəzisində içməli su təchizatı və sakinlərin sərfiyyatına müvafiq qaydada borcların ödənilməsi MTK-lar tərəfindən həyata keçirilir. Bu səbəbdən biz borcları abonentlərdən yox, MTK-dan tələb edirik”.

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Bakıda bəzi binalarda dayandırılan su təchizatı ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

O bildirib ki, mənzillərin kodlaşdırılması həyata keçirilmədiyindən, su pulunu binaların komendantları toplayırlar və bu zaman binaya verilən suyun dəyəri tam ödənilmədikdə binanın su təchizatı dayandırılır:

“Qurum olaraq biz yaranan borca görə vətəndaşların deyil, müvafiq MTK-nın suyunu kəsmişik. Bu halda vətəndaşlar MTK-ya müraciət etməlidirlər ki, aylıq sərfiyyata görə ödəniş etdikləri halda nə üçün su verilişi dayandırılıb. Fərdi qaydada  kodlaşdırılsa, biz fərdi qaydada su sərfiyyatına görə borcunu ödəməyən abonentlərin su təchizatını dayandırardıq. Belə olan halda biz MTK-da nə qədər mənzil olduğunu bilə bilmərik. Kodlaşdırılmadığı üçün həmin mənzillərdə yaşayan sakinlər bizim abonent sayılmır. Həmin sakinlərin aylıq ödəniş edib-etmədiyini MTK-nın komendantı bilir”.

A.Cəbrayıllı onu da qeyd edib ki, sadalanan MTK-dan biri “Azərsu” ASC ilə razılaşma protokolu imzalayıb və borcun yarısını ödədi, digər hissəsini isə hissə-hissə ödəyəcəyini bildirib:

“Bu şərtlə razılaşma protokolu imzalanan MTK-nın içməli su təchizatı bərpa edilib. Digər MTK-lar da kodlaşdırmada yol verdikləri nöqsanları aradan qaldırmağa başlayıblar və su təchizatı bu şərtlə bərpa edilib”.

Qeyd edık ki, ötən gün paytaxtda bəzi MTK-ların “Azərsu” ASC-yə 3000-dən 30 000 min manatadək borcu olduqlarına görə su təchizatlarının dayandırılması ilə bağlı rəsmi məlumat yayılıb.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Məşhur tiktoker həbs edilib
Next post Rusiyada 10 il əvvəl müəmmalı ölümün baş verdiyi evdə daha iki cəsəd tapıldı – FOTO/VİDEO
ip cam 解決方案. De/kaiserslautern/c blaulicht/zwischenfall im nachtbus 20 jaehriger rassistisch beleidigt und bedroht_a658429. Location de voiture casablanca.