Güclü külək əsəcək, yağış yağacaq, temperatur 12 dərəcə enəcək – Hava XƏBƏRDARLIĞI
Sabahdan, sentyabrın 23-dən Azərbaycanda havanın temperaturu iqlim normasından bir qədər aşağı enəcək.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 23-dən 24-nə keçən gecədən başlayaraq şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-28 m/s, 24-ü axşam, 25-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.
Sentyabrın 25-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 10 dərəcəyədək aşağı enəcəyi, sentyabrın 24-də 23-25, sentyabrın 25-də isə 20-22 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında bir neçə gün davam edən isti və mülayim hava şəraitindən sonra sentyabrın 24-ü şimal və şərq rayonlardan başlayaraq havanın dəyişəcəyi, 26-dək qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, sentyabrın 24-dən 25-nə keçən gecə yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var.
Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-12 dərəcə aşağı enəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda 8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
https://www.youtube.com/watch?v=OZthvRzstp0
Savaşın taleyini dəyişən Cəbrayıl əməliyyatı – Düşmən necə darmadağın edildi?
Bu gün Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı ilk böyük qələbədən - Cəbrayılın işğaldan azad edilməsindən 5 il keçir. Baku TV-nin...
əlilabadda 27 sentyabr-Anım Gününün beşinci ildönümü ilə bağlı tədbir keçirilib..
https://www.youtube.com/watch?v=zDeNDCAqMuc
əlilabadda 27 Sentyabr – Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
https://www.youtube.com/watch?v=VOFWofJx4Po
Cəlilabadda Milli Mətbuat Günü qeyd olunub
https://www.youtube.com/watch?v=6AE_c7kqk2w
Average Rating