Bomjların məkanına çevrilən kinoteatr binası – YENİLƏNİB + FOTOREPORTAJ

Read Time:1 Minute, 1 Second

Xırdalanda bomjların, səfillərin məkanına çevrilən və xarabalığı xatırladan keçmiş kinoteatr binasının nə üçün bu vəziyyətdə olduğuna aydınlıq gətirilib.

Bu barədə Oxu.Az-a açıqlamasında Xırdalan şəhər icra nümayəndəsi Malik Məmmədov bildirib ki, vaxtilə həmin yer mədəniyyət obyekti olub:

“Lakin uzun illər əvvəl yer özəlləşdirilib və xüsusi mülkiyyət olub. Sahibkardan icazəsiz xüsusi mülkiyyətə müdaxilə edə bilmərik. Qanunla bu qadağandır. Hazırda ərazinin kimin adına olduğunu müəyyənləşdirməyə çalışırıq. Sahibkarı müəyyən etmək və onunla əlaqə saxlaya bilmək üçün aidiyyəti qurumlara müraciət etmişik.

Öz növbəmizdə biz də ərazini nəzarətə götürəcəyik. Sahibkara müraciət edəcəyik ki, ərazinin təmizliyi ilə bağlı zəruri tədbirlər görsün”.

Könül Cəfərli

15:48

Bura Abşeron rayonu, Xırdalan şəhərində səfillərin məkanına çevrilən və xarabalığı xatırladan keçmiş kinoteatr binasıdır.

Məkanda 1989-cu il Mədəniyyət Nazirliyinin tərkibində “Azərkinovideo” İB yaradılıb. Azərbaycan SSR Nazirlər Sovetinin 20 may 1989-cu il tarixli əmrinə və Azərbaycan Mədəniyyət Nazirliyinin 31 may 1989-cu il tarixli qərarına əsasən “Azərbaycanfilm” Kinostudiyası “Azərkinovideo” İB-nin tərkibinə daxil edilib.

1991-ci ildə isə “Azərkinovideo” İB Mədəniyyət Nazirliyinin tərkibindən çıxarılıb və müstəqil fəaliyyət göstərib.

2001-ci ilin aprelində ilə “Azərkinovideo” İB ləğv olunub, əvəzinə Mədəniyyət Nazirliyində Kino İşləri Baş İdarəsi təşkil olunub.

“Global Photo Stock”un əməkdaşı xarabalığı xatırladan və bomjların məkanına çevrilən kinoteatr binasından görüntüləri lentə alıb.

 

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Azərbaycan və Türkiyənin hərbçiləri məşqlər keçirir – VİDEO
Next post Rusiya əsirliyindən xilas olan azərbaycanlı tələbə: “Elektrik cərəyanından daha çox qorxurdum” – MÜSAHİBƏ
Greenhouse & drip irrigation systems. Azd led lm backlit window 35w az distributors.