Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR
Sabah hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.
Cenubtv.az Oxu.Az-a istinnadən xəbər verir ki, hərraca 20 nəqliyyat vasitəsi çıxarılıb.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı ilə linkdən tanış ola bilərsiniz.
Qeyd edək ki, məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək üçün sifariş vermiş (əmlakın start qiymətinin 10%-i həcmində beh ödəmiş) şəxslərə satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı balanssaxlayıcı təşkilat tərəfindən yaradılır.
Hərracda iştirak etmə qaydaları və nəqliyyat vasitələri haqqında məlumat əldə etmək üçün telefon: 566-07-44; 514 23 64
Sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar.
Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün: notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖEN)
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir).
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda rayon ziyalıları ilə görüş keçirilmişdir
https://www.youtube.com/watch?v=xv2931iPhd0
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev televiziya və media işçiləri ilə görüş keçirmişdir.
Görüş zamanı başçının birinci müavini Qalib Xudaverdiyev media nümayəndələrini salamlayaraq onların cəmiyyətin düzgün məlumatlandırılmasında və ictimai rəyin formalaşmasında mühüm rol...
Cəlilabadda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir
https://www.youtube.com/watch?v=roGPVbvxxLI
Cəlilabadda 8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
https://www.youtube.com/watch?v=OZthvRzstp0
Mingəçevirdə binanın zirzəmisində tapılan körpə ilə bağlı AÇIQLAMA
Mingəçevir şəhərində binanın zirzəmisində aşkar edilən körpə ilə bağlı rəsmi açıqlama verilib. Sosial Xidmətlər Agentliyindən (SXA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, körpənin...
Average Rating