Şəhid övladları ilə görüş keçirilib.
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidlərinin övladları üçün Cəlilabadda “Əmanət“ adlı yay düşərgəsi təşkil olunub.
Şəhid ailələrinin asudə vaxtının səmərəli təşkili məqsədi daşıyan düşərgədə Cəlilabad rayonundan olan 25 şəhid övladı iştirak edib. Şəhid övladları Cəlilabad şəhərinin mərkəzində beş hektar sahədə yerləşən Heydər Əliyev seyrəngahı ilə tanış olublar. Heydər Əliyev Seyrəngahında Cəlilabad rayon İcra hakimiyyətinin başçısı Rafiq Cəlilov şəhid övladlari ilə söhbət etdikdən sonra xatirə şəkilləri çəkdirilib.
Uşaqlar üçün nəzərdə tutulmuş oyun parkında əylənən şəhid övladları
Heydər Əliyev mərkəzində şəhidlərimizə həsr olunmuş guşəni ziyarət ediblər.
Düşərgə gəzintisi müxtəlif personajların təqdimatında bədii-əyləncəli proqram, yeni tanışlıqlar və rəngarəng görüntülərlə davam edib.
Ötən həftədən etibarən start verilən “Əmanət“ adlı yay düşərgəsinə Lənkəran və Cəlilabaddan ümumilikdə 50-yə yaxın şəhid övladı cəlb edilib.
Bu kimi düşərgələrin növbəti mərhələdə digər rayonlarda da təşkil olunması nəzərdə tutulub.
Təsiçi və Baş redaktor Rövşən Mehdiyev

![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabad bələdiyyəsinin rəhbərliyində kadr dəyişikliyi baş tutub.
Cenubtv.az-ın əldə etdiyi məlumata görө, bələdiyyədə keçirilən iclasda qurumun sədr müavini Rafiq Rüstəmov səs çoxluğu ilə bələdiyyənin yeni sədri seçilib....
Cəlilabadda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib
Cəlilabad rayonunda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları, hüquq-mühafizə orqanlarının...
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
Average Rating