Bakı metrosunda sahibsiz əşya tapılıb? – Rəsmi AÇIQLAMA
Metronun “Ulduz” stansiyasında sahibsiz çanta tapılıb.
Sözügedən hadisə bu gün baş verib. İki şəxsin çantanı stansiyanın platformasında yerə ataraq qaçması digər sərnişinlər arasında təşvişə səbəb olub.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov Cenub.az-a istinadən Oxu.Az-a verilən məlumata görə, hər hansı təhlükəli məqam yoxdur.
Sərnişinlərdən biri sahibsiz çanta olduğunu zənn edərək maşinist rabitəsi vasitəsi ilə məlumat verib. Maşinist stansiya növbətçisi və polis əməkdaşı ilə birlikdə vaqona baxış keçirib:
“Həmin sərnişinin iştirakı ilə keçirilən baxış zamanı əşyanın sahibi tapılıb. Heç bir narahatlıq baş verməyib. Sərnişinlərin bu cür ayıq-sayıq olması bizi sevindirir. Lakin məsələnin mətbuatda kontekstdən çıxarılaraq paylaşılması, ajiotaj yaradacaq formada ictimailəşdirilməsi bir qədər təəssüf doğurur. Orada hər hansı çəkilişin aparılması, sosial şəbəkədə paylaşılmasına dair iddialar həqiqəti əks etdirmir”.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
“Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır” – Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda...
Heyvanlara işgəncə verənləri hansı cəza gözləyir? – Foto
Hər il oktyabrın 4-ü bütün dünyada Ümumdünya Heyvanların Mühafizəsi Günü kimi qeyd olunur. Lakin həmin gün heyvana qarşı amansızlıq faktı...
Average Rating