2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı

Read Time:1 Minute, 12 Second

“Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texniki sazlığını təmin etməsi, sutkanın qaranlıq vaxtı və görünmənin məhdud olduğu şəraitdə isə yolda görünmələri üçün zəruri tədbirlər görməsi xüsusi əhəmiyyət daşıyır”.

Cenubtv.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.

Məlumata görə, cari ilin ilk 9 ayı ərzində velosipedçilərin vurulması ilə nəticələnən 16 yol-nəqliyyat hadisəsinin qeydə alınması, həmin hadisələrdə 9 nəfərin həyatını itirməsi və 8 nəfərin xəsarət alması ciddi narahatlıq doğurmaqla yanaşı, qaydalara əməl etməyin və şəxsi təhlükəsizlik tədbirləri görməyin həyati əhəmiyyətini göstərir:

“Respublika əhəmiyyətli avtomobil yollarının kənarında yerləşən yaşayış məntəqələrində velosipedlə hərəkət edən şəxslər xüsusilə ehtiyatlı olmalıdırlar. Sutkanın qaranlıq vaxtı və ya görünmənin məhdudlaşdığı şəraitdə lazımi tədbirlər görmədən, eləcə də texniki cəhətdən nasaz və müvafiq avadanlıqla təchiz edilməmiş velosipedlə yüksək sürətli avtomobil yollarına çıxmaq ağır nəticəli qəzaların başvermə riskini artırır.

Qanunvericiliyə əsasən, velosipedlərin avtomagistrallarda hərəkəti qadağandır. Velosipedçi xüsusi velosiped zolağı ilə, belə zolaq olmadıqda isə yolun hərəkət hissəsinin kənarı və ya yol çiyini ilə hərəkət etməlidir. Velosiped texniki cəhətdən saz və lazımi avadanlıqla təchiz olunmalı, onun idarə edilməsinə mane olan yük və ya sərnişin daşınmamalıdır”.

Baş Dövlət Yol Polisi İdarəsi velosipedçiləri, eləcə də ikitəkərli nəqliyyat vasitələrini idarə edən digər şəxsləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Gecə uşaqları çölə çıxarıb ac-susuz saxlayıblar… – Ana və ögey ata həbs edildi
Next post Erməni siyasətçi: “Əgər Əliyev tələb etsə, Nikol bu əsgəri şəxsən Bakıya qədər müşayiət edəcək”
infographics and visual learning systems. premios feroz music festival 2019. mid range & all rounder drones  (125).