Maştağadakı psixiatriya xəstəxanası bağlanır? – İddia

Read Time:54 Second

Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən Respublika Psixiatriya Xəstəxanasının fəaliyyətini dayandırdığı iddia edilir.

Cenbtv.Az Bizim.Media-ya istinadən xəbər verir ki,xəstəxanada müalicə alan xəstələrin müxtəlif psixiatriya və digər ixtisaslaşmış tibb müəssisələrində yerləşdirilməsi həyata keçirilib.

Bununla da uzun illər fəaliyyət göstərən müəssisənin fəaliyyətinin tam dayandırıldığı iddia olunur.

Xəstəxananın hansı səbəbdən bağlandığı, pasiyentlərin konkret olaraq hansı müəssisələrə köçürüldüyü, həmçinin binanın və ərazinin gələcəkdə hansı məqsədlə istifadə olunacağı barədə isə hələlik ətraflı rəsmi məlumat yoxdur.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsindən bildirilib ki, sözügedən iddialar həqiqəti əks etdirmir.

Nazirlik rəsmisi bu barədə əlavə məlumat verməyib.

Xatırladaq ki, bu ilin fevralında Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib. Əməliyyat zamanı xəstəxananın baş həkiminin müavini və hərbi həkim komissiyasının sədri Elxan Əsədov korrupsiya iddiaları ilə əlaqədar saxlanılıb. Məlumata görə, daha sonra o, sərbəst buraxılıb.

Bu ilin mayında isə sözügedən müəssisədən 10-a yaxın xəstənin qaçdığı iddia olunmuşdu.

Daxili İşlər Nazirliyindən isə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyi, şayiə olduğu bildirilmişdi.

Məlumat üçün bildirək ki, Maştağa qəsəbəsində yerləşən Ruhi Psixiatriya Xəstəxanasının direktoru Orxan Cəfərovdur.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırıldı
Next post Dənizdə batan tələbələrin fotoları
Subtle non.