Bakıda yaşayış kompleksində təhlükəli vəziyyət: Məsuliyyətsizlik faciə ilə nəticələnə bilər – VİDEO
Yasamal rayonu, 593-cü məhəllə, Həsənbəy Zərdabi küçəsi, 72 ünvanında yerləşən “Elit” və “3 Tac” yaşayış komplekslərinin həyətində təhlükəli vəziyyət iki ildir davam edir.
Cənubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, sakinlər bildirirlər ki, iki il əvvəl şəxsi vəsaitləri hesabına qeyd olunan ünvanda uşaq əyləncə zonası üçün yelləncəklər və söhbətgahlar quraşdırıblar.
“Qış aylarında yaşayış kompleksinin komendantlığı bizdən xahiş etdi ki, həmin söhbətgahları bir həftəlik kənara qoyaq, çünki burada bərpa işləri gedir. Onlar binanın altında idman zalı düzəltdikləri üçün həyətdə quraşdırdığımız masa və stulları, sürüşkəni və yelləncəyi kənara qoydular. Ancaq iki ildir ki, söhbətgahlar və digər avadanlıqlar geri qaytarılmayıb. Hətta onların bir hissəsi həmin vaxt zərər görmüşdü. Zərər görməyənlər isə bərkidilmədiyi üçün davam edən güclü külək nəticəsində yenə də yararsız hala düşüb”, – deyə sakin bildirib.
Onların sözlərinə görə, sözügedən avadanlıqları yenidən quraşdırmaq istəyiblər, lakin onların yenidən kənara qoyulacağından narahat olduqları üçün bunu edə bilməyiblər.
Xatırladaq ki, sözügedən məsələni ötən il iki dəfə – mayın 1-də və iyunun 3-də işıqlandırmışdıq.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabad bələdiyyəsinin rəhbərliyində kadr dəyişikliyi baş tutub.
Cenubtv.az-ın əldə etdiyi məlumata görө, bələdiyyədə keçirilən iclasda qurumun sədr müavini Rafiq Rüstəmov səs çoxluğu ilə bələdiyyənin yeni sədri seçilib....
Cəlilabadda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib
Cəlilabad rayonunda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları, hüquq-mühafizə orqanlarının...
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
Average Rating