Bakı-Qazax yolunda “Prado” AŞDI: Qorxunc qəzada sürücü necə sağ qaldı? – VİDEO
Bakı-Qazax avtomobil yolunun 80.5-ci kilometrliyində baş verən yol-nəqliyyat hadisəsinin ölümlə nəticələnməməsinin səbəbi məlum olub.
Cenubtv.Az Oxu.Az -a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.
O qeyd edib ki, hadisənin ağırlığına baxmayaraq, sürücünün təhlükəsizlik kəmərindən istifadə etməsi onun avtomobildən kənara atılmasının və daha ağır nəticələrlə üzləşməsinin qarşısını alıb:
“Bu hadisədə sürücünün sükan arxasında yuxulaması qəzanı qaçılmaz edib, təhlükəsizlik kəməri isə onun həyatını xilas edib. Bu fakt bir daha göstərir ki, təhlükəsizlik kəməri sadəcə inzibati tələb deyil, qəza anında insanı ölümdən qoruyan əsas vasitələrdən biridir. Avtomobil aşarkən kəmər sürücünü oturacaqda saxlayır, salonda və ya nəqliyyat vasitəsindən kənara atılma riskini əhəmiyyətli dərəcədə azaldır”.
Bu gün səhər saat 7 radələrində Bakı-Qazax avtomobil yolunun 80.5-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
Cenubtv.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, “Toyota Prado” markalı nəqliyyat vasitəsinin sürücüsü A.Cabbarovun, ilkin məlumata əsasən, sükan arxasında yuxulaması səbəbindən qəza baş verib.
DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev qeyd edib ki, yuxusuz və yorğun halda avtomobil idarə edilməsinin ağır nəticələri ilə bağlı davamlı xəbərdarlıqların edilməsinə baxmayaraq, eyni səbəbdən baş verən hadisələrin təkrarlanması ciddi narahatlıq doğurur:
“Yuxusu gəldiyini hiss edən sürücünün hərəkəti davam etdirməsi sadəcə diqqətsizlik deyil, bu, mümkün nəticələri bilərək həm özünü, həm də digər hərəkət iştirakçılarını təhlükə altına atmaqdır.
Uzaq məsafəyə səfərə çıxan sürücü əvvəlcədən kifayət qədər istirahət etməli, hərəkət zamanı yorğunluq və yuxululuq hiss etdikdə isə avtomobili təhlükəsiz yerdə saxlamalıdır. Yuxululuğun qarşısını almağın yeganə düzgün yolu normal istirahətdir.
Sürücülər səfərə hazırlaşarkən təkcə avtomobilin texniki vəziyyətini deyil, öz fiziki vəziyyətlərini də düzgün qiymətləndirməlidirlər. Yorğun halda sükan arxasına keçməyin, yuxunuz gəlirsə, hərəkəti dərhal dayandırın.
Səfəri təxirə salmaq mümkündür, lakin baş vermiş ağır hadisənin nəticələrini geri qaytarmaq mümkün deyil”.
![]()
Average Rating