Xırdalanda yolların qazılmasının səbəbi BİLİNDİ – VİDEO
Abşeron rayonunun Xırdalan şəhərində mərkəzi yolda aparılan təmir işləri avtomobillərin hərəkətini çətinləşdirib.
Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü yayılıb.
Qeyd olunub ki, təmir işləri çərçivəsində yolun qazılması nəqliyyatın hərəkətinə maneə yaradıb. Sürücülər yaranan sıxlıq səbəbindən yolda uzun müddət tıxacda qalmalı olduqlarını bildiriblər.
Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Su Təchizatı Xidmətindən bildirilib ki, ərazidə kanalizasiya xətlərinin tikintisi işləri aparılır.
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və kanalizasiya-infrastrukturunun müasirləşdirilməsi məqsədilə həyata keçirilən mühüm proseslərdən biri olan Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun tikintisi layihəsi çərçivəsində işləri davam etdirir.
Layihə Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı çərçivəsində həyata keçirilir.
Layihə çərçivəsində Xırdalan şəhərinin Heydər Əliyev, Həsən Əliyev, Rəşid Behbudov küçələrində diametri 1 600-1 400-1 200- mm, uzunluğu 3 296 metr olan kanalizasiya xətlərinin tikintisi işlərinə başlanılıb. Tikinti işləri mərhələli şəkildə aparılacaq. Görülən işlər müasir infrastruktur təminatına, yeni kollektorlar vasitəsilə daşınan tullantı suların sutəmizləyici qurğulara ötürülməsi və təmizlənməsinə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına, həmçinin su hövzələrinin çirklənməsinin qarşısının alınmasına xidmət edəcək”, – deyə məlumatda bildirilir.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabad bələdiyyəsinin rəhbərliyində kadr dəyişikliyi baş tutub.
Cenubtv.az-ın əldə etdiyi məlumata görө, bələdiyyədə keçirilən iclasda qurumun sədr müavini Rafiq Rüstəmov səs çoxluğu ilə bələdiyyənin yeni sədri seçilib....
Cəlilabadda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib
Cəlilabad rayonunda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları, hüquq-mühafizə orqanlarının...
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
Average Rating