Sumqayıtda xəstəxanada növbə üstündə MÜBAHİSƏ YARANIB – VİDEO
Bu gün Sumqayıt şəhərində fəaliyyət göstərən 1 saylı xəstəxanada növbə üstündə mübahisə yaranıb.
Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntülər yayılıb.
Məlumata görə, hadisəyə xəstəxanada arayış almaq istəyən vətəndaşların yaratdığı növbə sıxlığı səbəb olub.
İddia olunur ki, bəzi vətəndaşların növbədə bir-birinin önünə keçməsi tərəflər arasında mübahisəyə, daha sonra isə davaya səbəb olub.
Sumqayıt Tibb Mərkəzindən (STM) bildirilib ki, mübahisə şəxsi münasibətlər zəminində yaranıb.
“Sosial şəbəkələrdə yayılan və STM-in 1 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsində qeydə alınan görüntülərdə əks olunan mübahisə iki şəxs arasında şəxsi münasibətlər zəminində yaranıb. Qeyd edək ki, hadisə tibbi xidmətin təşkilinə təsir göstərməyib”, – deyə məlumatda bildirilib.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
“İşə getsən, səni öldürəcəyəm” dedi, arvadını baltaladı – Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Ağdamda həyat yoldaşını baltalamaqda təqsirləndirilən Ceyhun Salahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki,...
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, hadisə Yaşma bağları ərazisində yerləşən fərdi...
Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı
Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il...
Tovuzda qadın dəm qazından boğularaq öldü
Tovuzda dəm qazından zəhərlənmə ölümlə nəticələnib. Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, rayon...
Bakıda avtomobillər toqquşdu: BYD aşdı – Video
Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə zamanı "BYD" və "Toyota" markalı avtomobillər toqquşub. Toqquşma...
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var – Foto
Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, hadisə Sülh prospektində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili...
Average Rating