Bakıda tikilidə YANĞIN: 36 yaşlı kişinin meyiti TAPILDI – VİDEO

Read Time:44 Second

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Əcəmi Naxçivani küçəsində tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Cenubtv.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

 

 

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində bir neçə ailənin yaşadığı ümumi sahəsi 700 kvadratmetr olan bir dam altında tikilmiş birmərtəbəli taxta konstruksiyalardan ibarət tikilidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində bir dam altında tikilmiş bir neçə ailənin yaşadığı taxta konstruksiyalardan ibarət tikilinin yanar konstruksiyaları 150 kv.m sahədə, bitişik yerləşən ümumi sahəsi 100 kv.m olan qarajın konstruksiyaları 10 kv.m sahədə yanıb. Yanğın yerinin müayinəsi zamanı 1990-cı il təvəllüdlü Fərid Əliyar oğlu Tapdıqovun meyiti aşkar olunub.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Göygöldə ölümlə nəticələnən AĞIR QƏZA: Yaralananların vəziyyəti açıqlandı
Consejos financieros para ​jugadores de fútbol sala que‌ desean maximizar sus ingresos. Gratis planlægnings system for låsesmede. 🚕 fevzipaşa taksi | 7/24 en yakın taksi – Çerkezköy.