Göyçayda iki nəfərin ölümü ilə nəticələnən qəza: Xəsarət alanın vəziyyəti ağır qiymətləndirilir – FOTO
Göyçayda baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin son vəziyyəti açıqlanıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib:
“Göyçay rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2 nəfər (1 kişi, 1 qadın) 23.08.2026-cı il tarixində saat 02:30-da Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda 1 nəfərin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.
Bir nəfər isə öz istəyi ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub”.
Şükufə Süleymanlı
Göyçayda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan dörd nəfərdən ikisi həyatını itirib.
Cenubtv.Az “Report”a istinadən bildirir ki, həkimlərin müdaxiləsinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.
Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.
Cenubtv.Az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Bığır kəndindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, KIA və VAZ-2106 markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Zərbənin təsirindən yaralılar avtomobillərdə sıxılı vəziyyətdə qalıblar. Onlar ətrafdakı insanların köməyi ilə avtomobillərdən çıxarılıb.
Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.

![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Qazaxda QƏZA: İki nəfər öldü
Qazax rayonunda ölümlə nəticələnən ağır qəza baş verib. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Xanlıqlar kənd yolunda qeydə...
Gədəbəydə “Niva” aşıb: Yaralanan şəxsin son vəziyyəti açıqlanıb – FOTO
Gədəbəydə baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxsin son vəziyyəti açıqlanıb. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib:...
Cəlilabadda avtomobil tamamilə yanıb
Cəlilabad rayonunda minik avtomobili yanıb. Cenubttv.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Gülməmmədli kəndində qeydə alınıb. Belə ki, kənd sakini...
Gəncədə üzərində zorakılıq əlamətləri olan qadın meyiti tapıldı
Gəncə şəhərində üzərində zorakılıq əlamətləri olan qadın meyiti aşkar edilib. Cenubtv.Az "Teleqraf"a istinadən xəbər verir ki, 1947-ci il təvəllüdlü Zemfira...
Ağcabədidə yük maşını ilə minik avtomobili toqquşub: Yaralılar var
Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər xəsarət alıb. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Ağabəyli...
Ağstafada “TikTok” üçün video çəkən azyaşlını CƏRƏYAN VURDU
Ağstafada azyaşlı bədbəxt hadisə nəticəsində xəsarət alıb. Cenubtv.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, "TikTok" sosial şəbəkə platforması üçün video çəkmək istəyən...
Average Rating