Dəhşətli qəzada ölənlər və xəsarət alanların ADLARI – Hadisə yerindən FOTOLAR
Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində baş verən ağır qəzada ölənlərin sayı artıb.
Cenubtv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yaralılardan VAZ-2106 markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Əlizamin Aslanov ölüb.
Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsində ölən və xəsarət alan şəxslərin adları məlum olub.
Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində 2018-ci il təvəllüdlü Z.Vəliyeva və 1992-ci il təvəllüdlü H.Həmzəyeva həyatını itirib.
Hadisə zamanı 1981-ci il təvəllüdlü Ə.Aslanov, 1982-ci il təvəllüdlü A.Cəfərli, 1976-cı il təvəllüdlü Z.Hüseynova, 1976-cı il təvəllüdlü S.Hüseynli, 1973-cü il təvəllüdlü E.Hüseynov, 1972-ci il təvəllüdlü E.Hüseynli, 2021-ci il təvəllüdlü Q.Aslanov və 14 yaşlı Z.Aslanova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılardan bəzilərinin müalicəsi Şəmkir Rayon Mərkəzi Xəstəxanasında, digərlərinin isə Gəncə şəhərində yerləşən xəstəxanalardan birində davam etdirilir.
Qeyd edək ki, qəza Gədəbəy rayon sakini, 1973-cü il təvəllüdlü Elnur Hüseynovun idarə etdiyi “KIA Sorento” markalı minik avtomobili ilə Şəmkir rayonunun Mahmudlu kənd sakinləri, 1981-ci il təvəllüdlü Ə.Aslanovun idarə etdiyi VAZ-2106 markalı avtomobilin toqquşması nəticəsində baş verib.
.

Şəmkirdə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların sayı 7-yə çatıb.
Cenubtv.Az xəbər verir ki, bu barədə APA məlumat yayıb.
Şəmkirdə baş verən yol-nəqliyyat hadisəsində ölən iki şəxsin kimliyi məlum olub.
Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, onlar 2009-cu il təvəllüdlü E.Məmmədov və 1988-ci il təvəllüdlü İ.Məmmədovadır.
Qəza zamanı daha beş nəfərin xəsarət aldığı bildirilir.
Şəmkirdə ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı artıb.
Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində həlak olanların sayı 5-ə yüksəlib.
Məlumata görə, ölənlər arasında iki uşaq da var.
Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan VAZ-2106 markalı avtomobillə KIA markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində dörd nəfər ölüb, xəsarət alanlar var.
Hadisə ilə bağlı araşdırma aparılır.
![]()
Average Rating