Dəhşətli qəzada ölənlər və xəsarət alanların ADLARI – Hadisə yerindən FOTOLAR

Read Time:1 Minute, 45 Second

Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində baş verən ağır qəzada ölənlərin sayı artıb.

Cenubtv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yaralılardan VAZ-2106 markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Əlizamin Aslanov ölüb.

Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsində ölən və xəsarət alan şəxslərin adları məlum olub.

Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində 2018-ci il təvəllüdlü Z.Vəliyeva və 1992-ci il təvəllüdlü H.Həmzəyeva həyatını itirib.

Hadisə zamanı 1981-ci il təvəllüdlü Ə.Aslanov, 1982-ci il təvəllüdlü A.Cəfərli, 1976-cı il təvəllüdlü Z.Hüseynova, 1976-cı il təvəllüdlü S.Hüseynli, 1973-cü il təvəllüdlü E.Hüseynov, 1972-ci il təvəllüdlü E.Hüseynli, 2021-ci il təvəllüdlü Q.Aslanov və 14 yaşlı Z.Aslanova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılardan bəzilərinin müalicəsi Şəmkir Rayon Mərkəzi Xəstəxanasında, digərlərinin isə Gəncə şəhərində yerləşən xəstəxanalardan birində davam etdirilir.

Qeyd edək ki, qəza Gədəbəy rayon sakini, 1973-cü il təvəllüdlü Elnur Hüseynovun idarə etdiyi “KIA Sorento” markalı minik avtomobili ilə Şəmkir rayonunun Mahmudlu kənd sakinləri, 1981-ci il təvəllüdlü Ə.Aslanovun idarə etdiyi VAZ-2106 markalı avtomobilin toqquşması nəticəsində baş verib.

.

Şəmkirdə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların sayı 7-yə çatıb.

Cenubtv.Az xəbər verir ki, bu barədə APA məlumat yayıb.

Şəmkirdə baş verən yol-nəqliyyat hadisəsində ölən iki şəxsin kimliyi məlum olub.

Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, onlar 2009-cu il təvəllüdlü E.Məmmədov və 1988-ci il təvəllüdlü İ.Məmmədovadır.

Qəza zamanı daha beş nəfərin xəsarət aldığı bildirilir.

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı artıb.

Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində həlak olanların sayı 5-ə yüksəlib.

Məlumata görə, ölənlər arasında iki uşaq da var.

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan VAZ-2106 markalı avtomobillə KIA markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində dörd nəfər ölüb, xəsarət alanlar var.

Hadisə ilə bağlı araşdırma aparılır.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı – FOTO
Next post Bərdədə zəncirvari QƏZA: Xəsarət alanlar var
Futbolistas más guapas – kompletní průvodce a informace. How can i make my own mental load visible ?. 回收品牌.