Balakəndəki 4 nəfərin öldüyü dəhşətli qəzada xəsarət alan şəxsin son durumu – RƏSMİ

Read Time:53 Second

Balakən rayonunun Katex kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

Bu barədə Cenubtv.Az Oxu.Az-a istinadən xeber verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Məlumatda qeyd edilir ki, hadisə nəticəsində xəstəxanaya hospitalizasiya olunan 1965-ci il təvəllüdlü şəxsə sol qapalı kəllə-beyin travması, baş-beynin silkələnməsi, sol qabırğaların çoxsaylı sınıqları, hemopnevmotoraks, sol baldır sümüklərinin yerdəyişmiş qəlpəli sınıqları və bədənin çoxsaylı əzilmələri diaqnozu təyin edilib.

Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.

Xatırladaq ki, avqustun 10-da Balakən rayonunun Katex kəndi ərazisində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. “Toyota”, “Hyundai” və KIA markalı avtomobillərin toqquşması nəticəsində “Hyundai” markalı avtomobilin sürücüsü, 1997-ci il təvəllüdlü Məryəm Kamil qızı Hoorsova, “Toyota” markalı avtomobildə olan sərnişinlər – 1974-cü il təvəllüdlü Pərvanə Zahid qızı Məmmədova, 1999-cu il təvəllüdlü Rəşad Yaşar oğlu Mütəllibov hadisə yerində, “Toyota”nın sürücüsü 1975-ci il təvəllüdlü Yaşar Mahamarəsul oğlu Mütəllibov isə xəstəxanada dünyasını dəyişiblər.

Hadisə zamanı “Hyundai” markalı avtomobildə olan sərnişin 1965-ci il təvəllüdlü Şərif Siracəddin oğlu Soltanov isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Meşəlik ərazidə meyitləri tapılan 16 yaşlı qız və 29 yaşlı kişi qohum olublar – Lənkərandakı dəhşətli hadisənin DETALLARI – VİDEO
Next post Şəhərin mərkəzində avtobus yandı – VİDEO
Distributeurs automatiques et marchandises générales. פימיילגרה | femalegra shefapharm.