Balakəndəki 4 nəfərin öldüyü dəhşətli qəzada xəsarət alan şəxsin son durumu – RƏSMİ
Balakən rayonunun Katex kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Bu barədə Cenubtv.Az Oxu.Az-a istinadən xeber verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Məlumatda qeyd edilir ki, hadisə nəticəsində xəstəxanaya hospitalizasiya olunan 1965-ci il təvəllüdlü şəxsə sol qapalı kəllə-beyin travması, baş-beynin silkələnməsi, sol qabırğaların çoxsaylı sınıqları, hemopnevmotoraks, sol baldır sümüklərinin yerdəyişmiş qəlpəli sınıqları və bədənin çoxsaylı əzilmələri diaqnozu təyin edilib.
Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.
Xatırladaq ki, avqustun 10-da Balakən rayonunun Katex kəndi ərazisində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. “Toyota”, “Hyundai” və KIA markalı avtomobillərin toqquşması nəticəsində “Hyundai” markalı avtomobilin sürücüsü, 1997-ci il təvəllüdlü Məryəm Kamil qızı Hoorsova, “Toyota” markalı avtomobildə olan sərnişinlər – 1974-cü il təvəllüdlü Pərvanə Zahid qızı Məmmədova, 1999-cu il təvəllüdlü Rəşad Yaşar oğlu Mütəllibov hadisə yerində, “Toyota”nın sürücüsü 1975-ci il təvəllüdlü Yaşar Mahamarəsul oğlu Mütəllibov isə xəstəxanada dünyasını dəyişiblər.
Hadisə zamanı “Hyundai” markalı avtomobildə olan sərnişin 1965-ci il təvəllüdlü Şərif Siracəddin oğlu Soltanov isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
ABŞ-də təyyarədə dava salan sərnişin oturacağa skoçlandı – VİDEO
ABŞ-də Texasdan Nyu-Cersiyə həyata keçirilən uçuş zamanı sərxoş vəziyyətdə olan sərnişin dini xarakterli təhqirlər qışqırıb, bələdçiyə qarşı irqçi ifadələr işlədib,...
Hövsanda həyat yoldaşının avtomobilinə hücum edən qadına protokol tərtib olundu – FOTO
Bakının Suraxanı rayonunda yol kənarında park edilmiş avtomobilə hücum edən 1992-ci il təvəllüdlü qadın polis əməkdaşları tərəfindən müəyyən edilərək polis...
Türkiyədə elmi mərkəz kimi istifadə olunan “Airbus A340” təyyarəsi alovlandı – VİDEO
Türkiyənin Kocaeli vilayətinin Çayırova rayonunda Aviasiya Elmləri Mərkəzi kimi istifadə edilən "Airbus A340" sərnişin təyyarəsində yanğın baş verib. Bu barədə Cenubtv.Az Türkiyə...
Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb
Yəmənin cənub-qərbində "Ənsar Allah" qruplaşmasının (husilər) döyüşçüləri ilə hökumət qüvvələri arasında toqquşmalar baş verib. Cenubtv.Az xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə"...
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində ölü tapılıb. Cenubtv.Az "Sözcu" qəzetinə istinadən xəbər verir ki, aktyordan sentyabrın 4-dən...
CHP-nin sədr müavininin sevgilisinə şiddət görüntüləri yayıldı – VİDEO
Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini Berhan Şimşekin 10 ildir birlikdə yaşadığı Özlem Şanverə qarşı zorakılıq etdiyini əks etdirən kadrlar...
Average Rating