Azərbaycanda Çin və Koreya təbabəti üzrə diplom kursu açılacaq

Read Time:46 Second

“Azərbaycanda Çin təbabəti üzrə diplom kursu açılacaq”.

Cənubtv.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Azərbaycan Televiziyasının “Hədəf” proqramına və “Trend” İnformasiya Agentliyinə birgə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nəzdində Çin Xalq Respublikasının Pekin Ənənəvi Çin Təbabəti Universiteti ilə birgə Ənənəvi Çin Təbabəti diplom kursunun təşkili istiqamətində hazırlıq işləri aparır.

Onun sözlərinə görə, kurs ingilis dilində keçiriləcək və təkcə azərbaycanlı həkimlər üçün deyil, region ölkələri və digər xarici ölkələrdən olan tibb mütəxəssisləri üçün də açıq olacaq. Tədrisin bir və ya iki il davam etməsi nəzərdə tutulur.

Teymur Musayev bildirib ki, ənənəvi Koreya təbabəti ilə bağlı da aidiyyəti qurumlarla danışıqlar aparılır və yaxın zamanda bu proqramın da Azərbaycanda tətbiqinə başlanması planlaşdırılır.

Nazirin sözlərinə görə, bu kurslar ailə həkimləri və digər tibb mütəxəssislərinin bilik və bacarıqlarını zənginləşdirəcək, reabilitasiya, xroniki xəstəliklər, xroniki ağrıların müalicəsi və fitoterapiya kimi sahələrdə yeni imkanlar yaradacaq.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Azərbaycan mətbuatı inkişafın yeni mərhələsində 151 illik yol
Next post Masazırda torpaq davası: Vətəndaş bələdiyyəni ittiham etdi – VİDEO
All from a modern mobile app powered by the zodiac tv global. חשפניות בתל אביב והמרכז. Рекомендації щодо ставок на тотали.