Masazırda torpaq davası: Vətəndaş bələdiyyəni ittiham etdi – VİDEO

Read Time:1 Minute, 1 Second

Baku TV-nin qaynar xəttinə daxil olan şikayət əsasında vətəndaş İbad Adıgözəlov iddia edir ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən ərazidə ona və ailəsinə məxsus 30 sot torpaq sahəsi qanunsuz şəkildə başqasına satılıb.

 

 

Onun sözlərinə görə, ailəsi bu torpağı 2006-cı ildə Masazır bələdiyyəsindən rəsmi ödəniş etməklə alıb. Lakin bir müddət sonra əraziyə gəldikdə hasarlarının söküldüyünü və həmin sahədə ona, eləcə də dayısı oğluna məxsus torpaqda təməl işlərinin aparıldığını görüblər.

İbad Adıgözəlov bildirib ki, torpaq sahəsi ilə bağlı sənədlər arxivdən də əldə olunub: “2006-cı ildə bu torpaq sahəsi Masazır bələdiyyəsinin razılığı ilə, dövlət rüsumu ödənilməklə bizə satılıb. Əlimizdə sənədlər də var. İndi isə Elşən adlı bir makler bu əraziyə sahib çıxdığını deyir. Bildirir ki, bələdiyyəyə pul verib bu yeri alıb və ərazi ona məxsusdur. Mən istəyirəm ki, bu məsələ araşdırılsın. Bələdiyyə bizim adımıza olan torpaq sahəsini necə başqa şəxsə sata bilər? Hazırda həmin ərazi bir neçə hissəyə bölünərək digər vətəndaşlara da satılıb”.

Torpağa sahib olduğunu bildirən Elşən Nəbiyev isə iddialarla razılaşmayıb. O, əraziyə dair çıxarışının olduğunu deyib: “Torpaq 1992-ci ildən hərraca çıxarılıb. Satılıb, biz də almışıq”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun hüquqi tədbirlər görüləcək.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Azərbaycanda Çin və Koreya təbabəti üzrə diplom kursu açılacaq
Next post İsmayıllının ən tənha kəndi: Səssizlik içində keçən ömür – VİDEO
All from a modern mobile app powered by the zodiac tv global. חשפניות בתל אביב והמרכז. Mvp у спорті : що означає нагорода та як визначають найціннішого гравця.