Zibilliyin yanından keçərkən burnunu tutdu, velosipedçini vurub öldürdü – Lənkərandakı qəzanın TƏFƏRRÜATI
Lənkəran Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Cavid Səfərlinin məhkəməsi cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Cənubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə C.Səfərli 4 il azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə Ələt-Astara yolunun Lənkəran rayonunun Göyşaban kəndindən keçən hissəsində baş verib. Lənkəran şəhəri, liman qəsəbə sakini 2002-ci il təvəllüdlü Cavid Səfərli idarə etdiyi “Toyota Prius” markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında velosipedlə hərəkət edən Yuxarı Nüvədi kənd sakini 1976-cı il təvəllüdlü Rasim Cəbrayıl oğlu Teymurovu vurub. Velosipedçi aldığı xəsarətlərdən ölüb.
Məhkəmədə ifadə verən sürücü bildirib ki, o, yolla hərəkət edərkən zibillik olan ərazinin yaxınlığından keçirmiş. Həmin vaxt ərazidən kəskin qoxu gəldiyindən o, bir əli ilə burnunu tutub, bir əli ilə avtomobili idarə edirmiş. Həmin vaxt o, idarəetməni itirərək velosipedçini vurub.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
Bakıda kişi arvadını ayağından bıçaqlayıb. Cenubtv.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Lütfi Zadə küçəsində qeydə alınıb. 32...
Tovuzda üzərinə benzin tökülərək yandırılan qadın öldü: Oğlu saxlanıldı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə...
“Başını kəsmişdi, saçları üzünə tökülmüşdü” – Şəhanənin qətlə yetirildiyi evdən görüntülər
Cenubtv.Az "Azad Azərbaycan" (ATV) telekanalına istinadən xəbər verir ki, hadisə ötən axşam qəsəbədə yerləşən fərdi yaşayış evlərindən birində baş verib....
Bərdədə tanışı tərəfindən qətlə yetirilən Elnur Rüstəmovun fotoları – Video
Bərdə rayonunun Mollaəhmədli kəndində Elnur Rüstəmovun 30 yaşlı tanışı Cavad Hüseynov tərəfindən öldürüldüyü ehtimal edilir. Cenubtv.Az xəbər verir ki, qətlə...
Bakıda 27 yaşlı kişinin meyiti tapıldı
Bakıda 27 yaşlı kişinin meyiti tapılıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda baş verib. Hacıqabul rayon...
Bakı-Quba yolunda qəza: Ölən var
Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün yolun 16-cı kilometrliyində...
Average Rating