Yağışlı hava çimərlik biznesini çökdürür: Sahibkarlar həyəcan təbili çalırlar – VİDEO

Read Time:44 Second

Yay fəslinin ilk ayı başa çatsa da, havaların qeyri-sabit və sərin keçməsi çimərlik mövsümünə mənfi təsir göstərib.

Hazırda Novxanı çimərliklərində əvvəlki illərlə müqayisədə xeyli az insan müşahidə olunur. Yağışlı və küləkli hava səbəbindən müştəri sayı kəskin azalıb. Son günlər yağan yağışlardan sonra çimərlik ərazilərinin bəzi hissəsinin palçıqlı olması da insanların dəniz sahilinə getməsinə mane olur.

 

 

Dənizkənarı obyektlərdən birinin administratoru İbrahim Novruzov bildirib ki, əvvəlki illərdə iyun ayında çimərliklərdə böyük izdiham yaşansa da, bu il obyektlər, demək olar ki, boş qalıb.

O qeyd edib ki, sahibkarlar əsas gəlirlərini üç yay ayı ərzində əldə etməyi planlaşdırırlar. Lakin mövsümün üçdəbiri artıq geridə qalsa da, gözlənilən qazanc əldə edilməyib.

İbrahim Novruzovun verdiyi məlumata əsasən, icarəyə götürülən dənizkənarı obyektlərin illik icarə haqqı əraziyə və müştəri potensialına görə 60-80 min manat arasında dəyişir. Onun sözlərinə görə, hazırkı hava şəraiti davam edərsə, bu obyektlərin bir çoxu mövsümü zərərlə başa vura bilər.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Sabah bəzi ərazilərdə qaz kəsiləcək
Next post ABŞ-nin maliyyə naziri İrandan neft alan yeganə ölkənin adını çəkdi
Are the action figures durable ?. ip cam 解決方案. Free ai presentation maker.