Gecələr söyüş, səs-küy: Qalmaqallı kafe sakinləri ayağa qaldırdı – VİDEO

Read Time:42 Second

Bakının Sabunçu rayonu, Zabrat-2 qəsəbəsinin sakinləri yaşayış binalarının yaxınlığında fəaliyyət göstərən qanunsuz kafe ilə bağlı şikayətçi olublar. Sakinlərin bildirdiklərinə görə, obyekt ictimai asayişi pozur və məhəllədə yaşayan uşaqlar üçün yararsız mühit yaradır.

Cənubtv.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bəhs olunur.

 

 

Sakinlər bildirirlər ki, kafeyə gəlib-gedənlər gecə saatlarında səs-küy salırlar, bu isə ətrafda yaşayan insanları narahat edir.

Qonaqların söyüş söymələri və nalayiq davranışları məhəllə sakinləri tərəfindən ciddi narazılıqla qarşılanır.

Məhəllədə yaşayan sakinlər obyektin birbaşa yaşayış evinin içərisində fəaliyyət göstərməsini tənqid edirlər.

Məsələ ilə bağlı kafe sahibi ilə söhbət zamanı o, şikayətləri rədd edib və jurnalistə kəskin reaksiya göstərərək: “O kadrı silin, kafeni bağlayıram” ifadəsini işlədib. O, heç bir qayda pozuntusuna yol vermədiyini iddia edib.

Məsələ ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edilib. Qurumdan verilən məlumata görə, sözügedən kafenin artıq bağlandığı bildirilib.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Geosiyasi gərginlik daha bir bazarı çalxaladı: “Qırmızı metal” bahalaşır – FOTO
Next post Bakının məşhur bazarında gərginlik: Satıcılara ərazini tərk etmək tapşırıldı – VİDEO