Bakının məşhur bazarında gərginlik: Satıcılara ərazini tərk etmək tapşırıldı – VİDEO

Read Time:44 Second

Bakının Nizami rayonunda, xalq arasında “8-ci kilometr bazarı” kimi tanınan ərazidə çalışan ticarətçilər ciddi problemlə üzləşiblər. Onlar uzun illərdir fəaliyyət göstərdikləri ərazidən çıxarılmaları səbəbi ilə narazılıqlarını bildirirlər.

Cənubtv.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bəhs olunur.

 

 

Ticarətçilərin sözlərinə görə, 20-25 ildir ki, məhz bu ərazidə satışla məşğul olurlar. Lakin son vaxtlar aidiyyəti qurumlar tərəfindən onlara ərazini tərk etmələri barədə göstəriş verilib. Satıcılar iş yerlərinin bağlanmasına etiraz edərək, alternativ yerlərin təklif olunmamasından və maddi çətinliklərlə qarşılaşdıqlarından şikayətlənirlər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov açıqlama verib. O bildirib ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etmədiyi yerlərdə küçə ticarətinin təşkili qanunvericiliyin tələblərinə ziddir. Qanunsuz küçə ticarəti səkilərin zəbt edilməsinə, piyadaların hərəkətinin məhdudlaşdırılmasına və ərazilərdə antisanitar vəziyyətin yaranmasına səbəb olur.

Bu kimi halların qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən müntəzəm olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Gecələr söyüş, səs-küy: Qalmaqallı kafe sakinləri ayağa qaldırdı – VİDEO
Next post Valideynlər üçün təhlükəli siqnal: Laqeydlik faciəyə çevrilə bilər