Cəlilabad Rayon Mərkəzi Xəstəxanasındakı acınacaqlı vəziyyət.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsində (“acil” hissəsində) ciddi həkim çatışmazlığı yaşanır. Xəstəxanaya təcili xəstə gətirildikdə qəbul edəcək növbətçi həkim tapılmır. Hazırda bütün yük və məsuliyyət yalnız tibb bacılarının üzərinə düşüb. Onların fədakarlığı olmasa, xəstələrin vəziyyəti daha da ağırlaşar.
Əvvəllər təcili yardım şöbəsində fəaliyyət göstərən bir neçə həkim isə yeni təyin olunmuş icraçı direktordan sonra işdən uzaqlaşıb və ya yoxa çıxıb. Tez-tez icraçı direktorların dəyişdirilməsi xəstəxananın problemlərini həll etmir; müəssisəyə ilk növbədə peşəkar həkim heyəti lazımdır.
Cəlilabad xalqı hər zaman dövlətinə, vətəninə sadiq olub, torpaqlarımızın azadlığı uğrunda canından və malından keçib. Lakin bu gün rayon sakinləri xəstəxanada həkim tapılmaması səbəbindən vaxtında tibbi yardım ala bilmir və həyatlarını itirirlər. Qaydaya görə, xəstəyə ilkin diaqnozu həkim qoymalı, tibb bacısı isə müvafiq müalicəni tətbiq etməlidir. Hazırda isə xəstələr faktiki olaraq taleyin ümidinə buraxılıb.
Digər bir problem isə həkim qüvvəsinin düzgün bölünməməsidir. Mövcud olan bir-iki həkim mərkəzi xəstəxanadan təqribən 2 km uzaqlıqda yerləşən Müalicə-Diaqnostika Mərkəzində fəaliyyət göstərir. Halbuki həmin həkimlər Mərkəzi Xəstəxananın təcili yardım şöbəsinə cəlb olunsaydılar, kritik vəziyyətdə olan xəstələrə dərhal və effektiv müdaxilə etmək mümkün olardı. Aidiyyatı qurumlardan bu məsələyə təcili reaksiya vermələrini xahiş edirik.
Müəllif .Təsisçi Rövşən Mehdiyev
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
İlmedmedikal Klinikasının kollektivi Şəhidlər Xiyabanını və abidə Kompleksini ziyarət edib
https://youtu.be/DAWEdt4V1_w
Məcburi Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və TƏBİB işləmir
MƏCBURİ TİBBİ SIĞORTA ÜZRƏ DÖVLƏT AGENTLİYİNİN RƏHBƏRLİYİNƏTƏBİB (TƏBİB - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) RƏHBƏRLİYİNƏ. Ölkədə Məcburi Tibbi Sığorta sisteminin...
Azərbaycanda general vəfat etdi – FOTO
Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzovun vəfatı ilə bağlı başağlığı verib. Cenubtv.Az xəbər verir ki, bu barədə nazirlikdən...
Cəlilabad karateçilərindən Biləsuvardakı turnirdə böyük uğur!
09 avqust 2026-cı il tarixində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş karatenin Qocyu-ryu növü üzrə uşaq və yeniyetmələr arasında...
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasındakı xidmət və həkim yanaşması haqqında şikayət
"Hörmətli rəhbərlik, təbib və səhiyyə nazirliyi və icbari sığorta Mən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə bağlı müşahidələrimi və narazılığımı...
Average Rating