Pensiya artımı ilə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

Read Time:50 Second

Hazırda pensiyalar məbləğindən asılı olmayaraq eyni faizlə indeksləşdirilir. Orta aylıq əməkhaqqının artım tempi 8 faiz olarsa, bütün pensiyalar da eyni – 8 faiz səviyyəsində artırılır”.

Bunu “baku.ws”ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, bu zaman 300 manat pensiya alan vətəndaşın aylıq ödənişində artım 24 manat təşkil etdiyi halda, 3000 manat pensiya alan şəxsin pensiyası 240 manat artır:

“Nəticədə yüksək pensiya alanlarla aşağı pensiya alanlar arasında artım məbləği baxımından ciddi fərq yaranır. Mövcud indeksləşdirmə fondu çərçivəsində daha diferensial yanaşmanın tətbiqi məqsədəuyğun ola bilər. Bu halda vəsaitlərin bölgüsündə yalnız faiz göstəricisi deyil, sosial meyarlar da nəzərə alına bilər”.

Deputat qeyd edib ki, xüsusilə aşağı məbləğdə pensiya alan vətəndaşların pensiyalarının daha çox artırılması üçün müxtəlif kəmiyyət və sosial göstəricilərdən istifadə edilə bilər:

“Bu meyarlara ailə vəziyyəti, tək valideynlik statusu, himayədə olan uşaqların sayı və digər sosial amillər daxil edilə bilər. Belə bir mexanizm sosial müdafiəyə daha çox ehtiyacı olan pensiyaçıların gəlirlərinin artırılmasına və sosial ədalətin gücləndirilməsinə xidmət edə bilər”.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Bakıda boğazı kəsilən gənc oğlan hotelə gələrək kömək istəyib
Next post Məktəblilərin yay tətili qısaldılacaq? – AÇIQLAMA
De vajon tényleg ennyit kapsz ? a speedtest ookla segít ellenőrizni, hogy amit fizetsz, azt meg is kapod. What eu regulatory framework governs fsmp manufacturing ?. Noch nie war die navigation auf unserem verifizierten marktplatz so einfach.