Əks zolağa çıxan sərnişin avtobusu qəza vəziyyəti yaratdı – ANBAAN VİDEO
Bakıda sərnişin avtobusunun sürücüsü təhlükəli ötmə əməliyyatı etməklə digər hərəkət iştirakçılarının həyatını riskə atıb.
Cənubtv.az Oxu.Az-a istinadən xəbər verir ki, qaynar xəttinə müraciət edən sürücünün sözlərinə görə, hadisə Zığ şosesində qeydə alınıb.
Bildirilib ki, 103 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü qarşısında olan avtobusu ötmək üçün əks hərəkət zolağına çıxıb. Bu zaman qarşı istiqamətdən avtomobillərin gəlməsinə baxmayaraq təhlükəli manevrini davam etdirib.
“Maşında ailəmlə birlikdə idim. Qəzadan son anda yayına bildim. Bu cür məsuliyyətsiz sürücülərə qarşı tədbir görülməlidir”, – deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, videogörüntü ilə bağlı araşdırma aparılır, sürücü müəyyən edilərək barəsində qanuna müvafiq tədbir görüləcək.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Hacıqabulda 19 yaşlı qadın maşında qətlə yetirildi: Qardaşı tutuldu
Hacıqabulda qətl törədilib. Cenubtv.Az APA-ya istinadla xəbər verir ki, hadisə Hacıqabul şəhərində İ. Qayıbov küçəsində minik avtomobilində baş verib. İlkin...
Tərtərdəki ağır qəzada ölənlərin sayı artdı
Tərtərdə baş verən qəzada xəsarət alan digər piyada da həyatını itirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Cenubtv.Az-a bildirilib ki,...
Bakının “Milyonerlər məhəlləsi” adlanan ərazisindəki yanğın söndürüldü: Xəsarət alanlar var – VİDEO
Binəqədidə köhnə tikilidə baş verən yanğın söndürülüb. Bu barədə Cenubtv.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğınsöndürmə qərargahının rəisi İlqar Nəsibov məlumat verib....
Otağından istifadə edib, dalaşdılar – Bakıda kirayənişinlərin bıçaqlanmasının TƏFƏRRÜATI – VİDEO
Bakıda bir evdə üç nəfərin bıçaqlanmasının təfərrüatı məlum olub. Cenubtv.Az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsi, 1 ünvanındakı...
Sabirabadda iki avtomobil toqquşub: Xəsarət alanlar var – FOTO – VİDEO
Sabirabadda avtoqəzada dörd nəfər xəsarət alıb. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonu ərazisindən keçən...
Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var
Gəncədə iki avtomobil toqquşub. Cenubtv.Az Oxu.Az -a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Yeni Gəncə yaşayış massivi ərazisində baş verib....
Average Rating