Trampın təhdidindən sonra İran nümayəndə heyəti danışıqları tərk etdi – FOTO – VİDEO

Read Time:2 Minute, 33 Second

İran nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın təhdid xarakterli açıqlamalarından sonra İsveçrənin Bürqenştok şəhərində keçirilən danışıqları tərk edib.

Cənubtv.Az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, İran nümayəndə heyətinin üzvlərindən biri bildirib ki, Livandakı hərbi əməliyyatlar dayandırılmayana qədər dialoq bərpa olunmayacaq.

Tramp danışıqlar fonunda İranı daha güclü zərbə ilə hədələdi – FOTO

İran nümayəndə heyəti Trampın təhdidlərinə görə ABŞ-yə etiraz edib

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf isə “X” hesabında paylaşımı ilə diqqət çəkib.

Spiker ABŞ-ın təhdidlərini əhəmiyyətsiz saydıqlarını bildirib.

“Biz amerikalıların təhdidlərini ciddi hesab etmirik”, – deyə o yazıb.

Qalibaf əlavə edib ki, ABŞ rəsmiləri səsləndirdikləri bəyanatlara diqqət etməlidirlər.

Xatırladaq ki, daha əvvəl İran nümayəndə heyətinin ABŞ tərəfinə Donald Trampın İrana qarşı yeni zərbələr endirilə biləcəyi ilə bağlı bəyanatlarına etirazını çatdırdığı bildirilmişdi.

Həmçinin qeyd olunurdu ki, Tehran ABŞ liderinin açıqlamalarına cavab olaraq müxtəlif addım variantlarını nəzərdən keçirir.

İran nümayəndə heyəti İsveçrənin Bürqenştok şəhərində ABŞ ilə İran arasında memorandum üzrə keçirilən danışıqların dayandırılmasından sonra Qətər nümayəndələri ilə ikitərəfli məsləhətləşmələrə başlayıb.

Cənubtv.Az xəbər verir ki, bu barədə İranın dövlət televiziya və radio şirkəti məlumat yayıb.

Bundan əvvəl “Fars” agentliyi ABŞ və İran arasında memorandumla bağlı dördtərəfli formatda keçirilən danışıqların nümayəndə heyətlərinin daxili məsləhətləşmələr aparmasına ehtiyac yarandığı üçün 80 dəqiqədən sonra dayandırıldığını bildirmişdi.

Məlumata görə, fasilədən sonra İran nümayəndə heyəti Qətər tərəfinin nümayəndələri ilə ayrıca ikitərəfli görüş keçirib.

ABŞ və İran arasında imzalanmış anlaşma memorandumu üzrə İsveçrədə keçirilən dördtərəfli danışıqlara fasilə verilib.

Cənubtv.Az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Məlumata görə, ABŞ, İran, Qətər və Pakistan nümayəndələrinin iştirakı ilə keçirilən məsləhətləşmələr 80 dəqiqədən sonra dayandırılıb.

Fasilənin nümayəndə heyətlərinin daxili məsləhətləşmələr aparması ilə bağlı olduğu bildirilib.

Qətər Xarici İşlər Nazirliyi İsveçrədə ABŞ, İran və Pakistan nümayəndələrinin iştirakı ilə danışıqların başladığını və yüksəksəviyyəli komitənin ilk iclasının keçirildiyini elan edib.

Cənubtv.az bu barədə TASS agentliyinə istinadən xəbər verir.

“Qətər vasitəçi qismində ABŞ, İran və iki vasitəçi ölkə – Qətərlə Pakistan nümayəndələrinin iştirakı ilə sammitin işə başladığını elan edir”, – deyə qurumun bəyanatında qeyd olunur.

Doha bu görüşlərin ABŞ və İran arasındakı qarşılıqlı anlaşma memorandumunda toxunulan bütün aspektləri əhatə edən hərtərəfli və davamlı bir sazişin əldə olunmasına gətirib çıxaracağına ümidvar olduğunu bildirib.

Qətər XİN-in rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari məlumat verib ki, tərəflər yekun sazişin bəndləri üzrə danışıqlar aparmaq üçün ixtisaslaşdırılmış texniki qruplar formalaşdırıblar. Bundan əlavə, memorandumun müddəalarının icrasına nəzarət edəcək monitorinq qrupları da yaradılıb.

İran nümayəndə heyətinə parlamentin sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçı rəhbərlik edirlər.

Vaşinqtonu isə danışıqlarda ABŞ-nin vitse-prezidenti Cey Di Vens, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner təmsil edirlər.

ABŞ və İran nümayəndə heyətləri, həmçinin Qətər və Pakistandan olan vasitəçilər texniki danışıqların keçiriləcəyi Bürgenştok şəhərinə gediblər.

Cənubtv.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur.

“ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik etdiyi İran nümayəndə heyəti, həmçinin vasitəçilər – Pakistan və Qətər Bürgenştoka gəliblər”, – deyə mətndə bildirilir.

Danışıqların günorta saatlarında başlayacağı gözlənilir.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post 15 yaşlı qızla cinsi əlaqədə olub evindən oğurluq edən gəncə HÖKM OXUNDU
Next post Ət bazarında bahalaşma riski: Heyvanların sayı sürətlə azalır – VİDEO
Kayaşehir korsan taksi – uygun güvenli ve hızlı ulaşım. Zemřely mi rybičky v akváriu : čím dezinfikovat ? – nejlepší tipy a triky. ??.