Vətəndaşın binanın girişinə quraşdırdığı konstruksiya narazılığa səbəb oldu – VİDEO
Bakının Nərimanov rayonunun Təbriz küçəsi 100A ünvanında yerləşən dördmərtəbəli binanın girişində sakinlərdən birinin icazəsiz şəkildə quraşdırdığı konstruksiya narazılığa səbəb olub.
Baku TV-nin məlumatına görə, bina sakinləri həmin şəxsin qonşulara məlumat vermədən blokun giriş hissəsində dolab tipli bir qurğu hazırladığını deyib.
Binadakı mənzil sahiblərindən biri deyib ki, qonşuların etirazından sonra tikinti işləri dayandırılsa da, konstruksiya bir neçə gündür olduğu kimi qalıb:
“Bir həftə idi orada iş gedirdi. Dedilər sökəcəyik, amma hələ də yerindədir”.
Başqa bir sakin isə bu addımı müsbət qiymətləndirib. Onun fikrincə, həmin yerin nəzarətsiz qalması müxtəlif xoşagəlməz hallara yol açırdı:
“Biri girib pivə içirdi, biri nəşə çəkirdi. Əgər nəzarətdə olacaqsa, bu yaxşı addımdır”.
Məsələ ilə bağlı ərazi üzrə 114 saylı Mənzil-Kommunal İstismar Sahəsindən bildirilib ki, Baku TV-nin çəkilişindən sonra əməkdaşlar tərəfindən sözügedən konstruksiya sökülüb və ərazi təmizlənib.

![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Bakıda təhlükə yaradan xətlənmə: Kiçik yanlışlıq ağır nəticəyə səbəb ola bilər – VİDEO
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının budəfəki buraxılışında paytaxtın Mərdanov qardaşları küçəsində, 1 saylı Şəhər Klinik Xəstəxanasının yaxınlığında sürücülər üçün problem...
Paytaxtın bəzi ərazilərində işıq olmayacaq
İyunun 20-də paytaxtın Nəsimi və Nərimanov rayonlarının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət olacaq. Cənubtv.az Oxu.Az-a istinadən xəbər...
Azərbaycanda 3 dövlət qurumuna elektron siqaretlərlə bağlı protokol tərtib etmək səlahiyyəti verilib
Prezident İlham Əliyev 3 may 2017-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında...
Vüsal Aslanov üç nəfərə VƏZİFƏ VERDİ – FOTO
"Bakı Metropoliteni" QSC-də yeni kadr təyinatları olub. Cənubtv.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov müvafiq əmrlər...
Şahin Bağırov idarə rəisini İŞDƏN ÇIXARDI – FOTO
Dövlət Gömrük Komitəsinin (DGK) Balakən Gömrük İdarəsinin rəisi Kamran Yusifov vəzifəsindən azad edilib. Cənubtv.Az "Unikal"a istinadən xəbər verir ki, bununla...
Anar İsrafilov vəzifədən getdi
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyində (TƏBİB) mühüm kadr dəyişikliyi baş verib. Cənubtv.Az Bakupost.az-a istinadən xəbər verir ki, TƏBİB-in icraçı direktorunun müavini...
Average Rating