Vətəndaşlar həyətdəki su quyularına görə pul ödəyəcəklər? – RƏSMİ AÇIQLAMA

Read Time:2 Minute, 4 Second

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlərin tətbiqi ilə bağlı yayılan məlumatlardan sonra vətəndaşlar arasında bir sıra suallar yaranıb.

Sözügedən məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətindən Oxu.Az-a açıqlama verilib.

Bildirilib ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə dedikdə sahibkarlıq fəaliyyəti ilə əlaqədar suyun götürülməsi, tullantı sularının su obyektlərinə axıdılması və ya su akvatoriyasından istifadə nəzərdə tutulur. Bu fəaliyyətlər hidrotexniki qurğular, nasoslar, artezian və subartezian quyuları, kanallar, borular və digər xüsusi texniki vasitələrdən istifadə edilməklə həyata keçirilir.

Qurum vurğulayıb ki, xüsusi məqsədlər üçün istifadə ilə bağlı icazə yalnız hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün tələb olunur.

Açıqlamaya görə, vətəndaşlar çimərlikdən istifadə etmək, qayıqla gəzmək, idmanla məşğul olmaq, həvəskar balıq ovu aparmaq, mal-qaranı suvarmaq və digər şəxsi ehtiyaclarını ödəmək üçün su obyektlərindən ödənişsiz istifadə edə bilərlər.

Həmçinin mərkəzləşdirilmiş su təchizatı olmayan ərazilərdə torpaq sahibləri öz ehtiyaclarını təmin etmək məqsədilə torpaq sahələrinin hüdudlarında birinci təzyiqsiz sulu horizontdan istifadə etmək üçün quyu qaza və istismar edə bilərlər.

“Vətəndaş həyətində qazdığı quyudan içməli və ya suvarma məqsədilə istifadə edirsə, yaxud çay və digər su obyektlərindən şəxsi təsərrüfatı üçün su götürürsə, bunun üçün icazə almasına və hər hansı ödəniş etməsinə ehtiyac yoxdur”, – məlumatda qeyd olunub.

Qurum tullantı sularının su obyektlərinə axıdılması qaydalarına da aydınlıq gətirib. Bildirilib ki, sahibkarlar yalnız tərkibindəki çirkləndirici maddələrin miqdarı qanunvericiliklə müəyyən edilmiş normalara uyğun olan tullantı sularını su obyektlərinə axıda bilərlər. Normativlərə uyğun olmayan tullantı suları isə əvvəlcədən xüsusi təmizləyici qurğularda təmizlənməlidir.

ADSEA-nın məlumatına görə, Xəzər dənizində kiçikhəcmli gəmilərin saxlanılması üçün su akvatoriyasından istifadə edənlər, çaylarda qəfəs balıqçılığı ilə məşğul olanlar, həmçinin artezian və ya subartezian quyularının suyundan istehsalat və ya qablaşdırma məqsədilə istifadə edən sahibkarlar xüsusi məqsədlər üçün istifadə icazəsi almalıdırlar.

Qeyd olunub ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri Nazirlər Kabinetinin 14 aprel 2026-cı il tarixli, 99 nömrəli qərarı ilə təsdiqlənib və istifadə olunan su mənbəyindən, eləcə də fəaliyyət növündən asılı olaraq dəyişir.

Xatırladaq ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiqinə 2026-cı il sentyabrın 1-dən başlanılacaq.

Sənaye məqsədilə Xəzər dənizindən götürülən hər 100 kubmetr suya görə 0.4 manat, çay və göllərdən götürülən hər 100 kubmetr suya görə 4 manat, yeraltı sulardan götürülən hər 100 kubmetr suya görə isə 40 manat ödəniş müəyyənləşdirilib.

Eyni zamanda, Xəzər dənizinə axıdılan hər 100 kubmetr tullantı suyu üçün 1 manat, çay və göllərə axıdılan hər 100 kubmetr tullantı suyu üçün isə 4 manat ödəniş nəzərdə tutulur.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Agentliyin departament müdiri işdən çıxdı: YÜKSƏK VƏZİFƏYƏ təyin olundu – FOTO
Next post İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib – FOTO – VİDEO
Kristen bell reacts to rumored $60m salary for frozen sequels (exclusive) » zodiac tv global. Century revolutionized the gaming landscape, giving rise to the electronic and video game industry. electronic power relay 24v dc sl c 10a 250vac 5pin sl c.