“Qarabağ”ın Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri MƏLUM OLDU
UEFA Avropa Liqasında 2026/27 mövsümünün II təsnifat mərhələsinin püşkü atılıb və “Qarabağ”ın növbəti raunddakı potensial rəqibləri müəyyənləşib.
Cənubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, I təsnifat mərhələsinin “Qarabağ” – “Vestri” (İslandiya) cütünün qalibi növbəti raundda MOİK (Sofiya, Bolqarıstan) – “Derri” (İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
II təsnifat mərhələsinin ilk oyunları iyulun 23-də, cavab görüşləri isə 30-da keçiriləcək. Ağdam təmsilçisi ilk mərhələni adlayacağı təqdirdə, növbəti raundun ilk oyununu doğma meydanda keçirəcək.
Ağdamın “Qarabağ” klubunun UEFA Avropa Liqasının 2026/2027-ci illər mövsümünün II təsnifat mərhələsi üzrə ehtimal olunan rəqiblərinin siyahısı daralıb.
Belə ki, Ağdam təmsilçisi ilk təsnifat mərhələsində İslandiyanın “Vestri” klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, növbəti turda “Beşiktaş” (Türkiyə), “Tvente” (Niderland), “Tromse” (Norveç), “Hammarbü” (İsveç) və ya ÇSKA (Sofiya, Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütünün qaliblərindən biri ilə üz-üzə gələcək.
Qeyd edək ki, sözügedən II təsnifat mərhələsinin qarşılaşmaları iyulun 23-ü və 30-da baş tutacaq.
Bu gün “Qarabağ” futbol klubunun UEFA Avropa Liqasının 2026/27 mövsümünün II təsnifat mərhələsində qarşılaşacağı potensial rəqibinin adına aydınlıq gələcək.
püşkatma mərasimi İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın mənzil-qərargahında təşkil olunacaq və tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Ağdam təmsilçisi “Qarabağ” növbəti raundun püşkatmasında yenidən səpələnmişlər səbətində qərarlaşaraq aşağıdakı komandalardan biri ilə üz-üzə gələ bilər:
“Beşiktaş” (Türkiyə), “Tvente” (Niderland), “Tromse” (Norveç), “Sankt Qallen” (İsveçrə), “Hammarbü” (İsveç), həmçinin “Şerif” (Moldova) – “Aluminiy” (Sloveniya), “Dinamo” (Kiyev, Ukrayna) – “Universtatya” (Kluj, Rumıniya), “Hayduk” (Xorvatiya) – “Jilina” (Slovakiya) və ÇSKA (Sofiya, Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütlərinin qalibləri.
Xatırladaq ki, “Qarabağ” UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində İslandiyanın “Vestri” klubu ilə mübarizə aparacaq. Sözügedən mərhələnin qarşılaşmaları iyulun 9-da və 16-da baş tutacaq.
![]()
Average Rating