Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi
Xalq artisti Flora Kərimova Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.
Cənubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda qeyd olunub:
“Hörmətli Mehriban xanım, səhhətimlə bağlı çətin günlər keçirdiyim dövrdə göstərdiyiniz diqqət, qayğı və müalicə prosesimi şəxsi nəzarətinizdə saxlamanız məni dərindən təsirləndirdi. Yüksək insani keyfiyyətlərinizə, həssas münasibətinizə və diqqətinizə görə sizə sonsuz təşəkkürümü və dərin minnətdarlığımı bildirirəm.
Qayğıkeşliyiniz, mərhəmətiniz və şəfqətiniz ən ali insani dəyərlərin təcəssümüdür. Sizə olan minnətdarlığım mənim üçün mənəvi borcdur və bunu övladlarıma da əmanət kimi ötürəcəyəm. Sizə möhkəm cansağlığı, uzun ömür, xalqımızın rifahı naminə həyata keçirdiyiniz fəaliyyətinizdə yeni uğurlar və nailiyyətlər arzulayıram”.
Qeyd edək ki, F.Kərimova səhhətində yaranan narahatlıq səbəbindən bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi. Onun müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Qayınata gəlininin qətlində təqsirləndirilir
Bakıda gəlinini qətlə yetirməkdə təqsirləndirilən Adıgözəl Məmmədovun cinayət işinin məhkəməsi başlayıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər...
Ağdamda toyda dava: Xəsarət alan var
Ağdam rayonunda toyda dava düşüb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Evoğlu kəndində baş verib. Rayonun Əfətli kənd...
“Roşka”nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək
Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanzadənin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin...
Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi
Qusarda qaynını balta ilə öldürməkdə, həyat yoldaşını isə öldürməyə cəhddə təqsirləndirilən 68 yaşlı Vəkil Əlibəyovun Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmündən...
Sinifdə elektron siqaret çəkən uşaqlar BU MƏKTƏBDƏ oxuyurmuşlar: Təhsil idarəsindən açıqlama – FOTO – VİDEO
"264 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdlərindən bir neçəsinin sinif otağında uyğun olmayan davranışları ilə bağlı araşdırma aparılır"....
Cəlilabad rayonunda Kövüzbulaq kənd tam orta ümumtəhsil məktəbinin yeni binasının açılışı olub
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini İlham Cavadov, Lənkəran-Astara Regional Təhsil idarəsinin müdiri...
Average Rating